Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Belə yerlərdə pul yığmaq Allahsızlıqdır" - Deputat
"Belə yerlərdə pul yığmaq Allahsızlıqdır" - Deputat

Bir müddət əvvəl, yəni Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməmişdən öncə, BNA-nın qanunsuz cərimələri barədə hamı danışır, tənqid edirdi. Milli Məclisin deputatı Rüfət Quliyev də Milli Məclisin sessiyasında bu mövzuya toxunmuşdu. Şikayətlərin olduğunu dilə gətirmişdi. Deputatın BNA-nın problemlərini dilə gətirməsi görünür ki, BNA rəhbərliyinin xoşuma gəlməyibmiş. Belə ki, BNA rəhbəri deputata zəng edərək, deyibmiş ki, “Rüfət sənin mənimlə problemin var, yoxsa mənim BNA-amla”... Mənim “BNA-am”... Təbii ki, deputat BNA sədrinə öz irdaını bildirir. Yəni keçmiş BNA sədrinə... Rüfət Quliyevin sözlərinə görə, BNA sədri hazırda təhvil-təslim prosesindədir. İndi aydın olurmu sizə, vətəndaşlaırn harda oldu, necə oldu cərimələnməsinin səbəbi nədir?

Xülasə, keçək mətləbə...

“Gedənin arxasınca danışmaq düzgün deyil. Mən 20 ildir deputatam. 20 ildir ki, hansısa məmurdan şikayət alıramsa, əvvəlcə o məmurla əlaqə saxlayıram. Deyirəm belə şikayətlər var, xahiş edirəm bu problemləri həll et. Mən görəndə ki, o nazir və ya nazir müavini məndən qaçır, gizlənir, sualıma cavab vermir, məsələni həll etmir, mən də komitə iclaslarında, sessiyalarda açıb deyirəm ki, vəziyyət belədir. Telefonumu qaldırmırlar”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Rüfət Quliyev hazırda Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmiş Bakı Nəqliyyat Agentliyi haqqında danışarkən bildirib. O, qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən parkomatlarınn qoyulması, parklama yerlərinin hazırlanması işləri gözlənilir.

Rüfət Quliyev Rüfət Quliyev

“İnsanlar avtomobillərini rahat saxlamalıdır. Bəli, bu xidmət pullu olmalıdır. Amma həyətin içində saxlanılan avtomobil üçün pul almaq düzgün deyil. Şirkətlərin özünə məxsus ərazilərində, vətəndaşların avtomobillərini saxlaması üçün nəzərdə tutulmuş yerlərdə gəlib parkomat qoymaq Allahsızlıqdır, dügzün deyil. İnsanlar üçün şərait yaradılmalıdır”,- deyən deputat bildirir ki, avtomobillərin parklaması üçün şəhərdə 100 faiz yer hazırlamaq mümkün deyil.

R.Quliyev bildirib ki, Azərbaycana xaricdən çox sayda avtomobil gətirilir. Avtomobillərin gətirilməsi təkcə pandemiya zamanı 20 faiz artıb. Yəni son iki ildə artan avtomobil sayını nəzərər alaraq demək olar ki, bu, təkcə Bakının deyil, bütün dünyanın problemidir: “Urbanizasiya problemidir. Mərkəz şəhərlərdə insanların sayı artır. Məndə olan məlumata görə, Çində avtomobil alarkən öncədən arayış verməlisən ki, mənim avtomobili saxlamaq üçün yerim var. Yəni bu problem hər yerdə var. Bakıda parklama problemini həll etmək üçün gərək Daxili İşlər Nazirliyi İntelektual İdarəetməni tənzimləməlidir. Əsas məsələ işıqforların düzgün şəkildə tənzimlənməsidir. Məsələn yollarda avtomobil hərəkətinin aktiv olduğu ərazilərdə yaşıl işıq qırıq-qırıq olmamalıdır. Ən az 2-3 dəqiqə yanmalıdır ki, hərəkət iflic olmasın. Mən Koreyada və Seulda görmüşəm ki, 4 yolda günün birinci yarısı 2 yol bir tərəfə, ikisi əks tərəfədir. Günün ikinci yarısı 3-ü bir tərəfə, biri qarşı tərəfə olur. Və hərəkətin intensivliyindən asılı olaraq bu tənzimlənir. Bunun üçün intelektual idarəetmə, işıqforların idarə olunması həyata keçirilməlidir. İşıqforların işıqları hərəkətin intensivliyinə uyğun olaraq tənzimlənməlidir. Gözləyək, görək, necə tənzimlənəcək”.

P.S. Belə, biz də BNA haqqında çox dedik, çox yazdıq. Problemləri qabartdıq, haqqlarımızı müdafiə etdik və eşidildik... Gərək, məmurlara harınlayacaq qədər vəzifədə qalmaq imkanı tanınmasın!

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »