Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin əməliyyat olunacaq, öz yerinə də adam tapıb - Foto
Putin əməliyyat olunacaq, öz yerinə də adam tapıb - Foto

"Putinin “varisi” məlum olub. O, yüksək əhval-ruhiyyədədir".

Bizimyol.info xəbər verir ki, bu barədə Luqansk vilayətinin Telegram telekanlında məlumat verilib.

Qeyd edilib ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi görmək imkanı olan bir neçə nəfər baxmayaraq ki, əhvalın yaxşı olması üçün bir səbəb yoxdur, onun ruh yüksəkliyi və yaxşı əhval-ruhiyyədə olduğunu görüb.

Nikolay Patruşev Nikolay Patruşev

Kanalın müəllifi iddia edir ki, buna səbəb Təhlükəsizlik Şurasının katibi ilə Putin arasında iki saata yaxın davam edən, “ürəkdən edilən” pozitiv söhbət olub. Nəşrin yazdığına görə, Putin hərbi planların həyata keçirilməsindəki uğursuzluqlarda Patruşevi günahlandırmayıb. Bununla yanaşı prezident Patruşevə müəyyən tapşırıqlar verib, Patruşev onları həyata keçirmək üçün qəbul edib.

“Putin Patruşevə onu güc sistemində demək olar ki, yeganə həqiqi sirdaşı və dostu hesab etdiyini açıqlayıb. Həmçinin Putin söz verib ki, əgər səhhəti kəskin pisləşərsə, ölkəyə faktiki nəzarət müvəqqəti olaraq Patruşevə keçəcək”, - deyə Telegram kanalı yazır.

Qeyd olunur ki, Putini müalicə edən həkimlər onun yaxın vaxtlarda cərrahiyyə əməliyyatı keçirməsinin vacibliyində israrlıdırlar. Putin prinsipcə razılaşmasa da, bunun tez-gec baş verməsi qaçılmazdır. Hazırda əməliyyatın tarixi dəqiq bəlli olmasa da, o Patruşevlə danışmağa və onun reaksiyasını öyrənməyə çalışıb. Ola bilsin ki, başlatdığı işğalın davam edəcəyinə Patruşevdən zəmanət aldıqdan sonra Putin cərrahiyyə əməliyyatına girəcək.

Əməliyyatın hansı xəstəlik səbəbindən tələb olunduğu və Putinin həyatı üçün təhlükə dərəcəsi barədə məlumat verilməyib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »