Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Ukrayna torpaqlarını işğal edən Rusiya işğalçılarının bölmələrini darmadağın etməkdə davam edir. Silahlı Qüvvələr tərəfindən məhv edilən Putin ordusunun əsgərləri arasında “Putin” deyə ləqəblə tanınan bir əsgər də olub.
Bizimyol.info xəbər verir ki, "StratCom VSU" Telegram kanalının məlumatına görə, əsgər vətənində itkin kimi qəbul edilib. Söhbət 30 yaşlı Vladimir Oleqoviç Qutsovdan gedir. “Putin” Rusiya Federasiyasının işğalçı ordusu sıralarında kəşfiyyatçı olub. İşğalçı kəşfiyyatçı Nikolayev vilayətindəki Aleksandrovka yaxınlığında məhv edilib. Rusiya sosial şəbəkələrindəki yazılara əsasən, “Putin” 2022-ci il aprelin 1-də vəfat edib.
"Putin öldü, amma yenə həmin Putin deyil. Amma onun da zamanı gələcək” mesajın müəllifləri Ukrayna Teleqram kanalında zarafatlaşıblar. Onlar Rusiya Federasiyasının başçısının adını daşıyan “Amur pələngi"nin ölüm hekayəsindən də danışıblar.
Xatırladaq ki, həmin “Putin” martın 25-də ABŞ-ın Minnesota zooparkında vəfat edib. 12 yaşlı yırtıcı adi tibbi prosedur zamanı infarkt keçirib. Pələng 2009-cu ildə Çexiyada doğulub, ona Putin ləqəbi verilib. 2015-ci ildə o, ABŞ-a aparılıb və orada sonradan balalayıb.
"Baytar həkimlərin, heyvan sağlamlığı mütəxəssislərinin və zoopark baxıcılarının son səylərinə baxmayaraq, “Putini” xilas etmək mümkün olmayıb”,- deyə məlumatda bildirilib.
Tərcümə: İlahin, Bizimyol.info