Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İlan adasının qisası alındı" - Ukrayna adada Rusiya hədəflərini vurub
"İlan adasının qisası alındı" - Ukrayna adada Rusiya hədəflərini vurub

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə həftələrdir davam edir. Rusiya ilə Ukrayna arasında müharibə şiddətlənməkdə davam edərkən, Ukrayna ordusundan diqqətçəkən açıqlama gəlib.

Bizimyol.info xəbər verir ki, ordu müharibənin ilk günlərindən gündəm olan İlan adasına hücuma keçib. Ölkə mətbuatı bu inkişafı “İlan adasının qisası alındı” kimi şərh edib.

Qeyd edək ki. hücumların ilk günlərində İlan adasını mühasirəyə alan Rusiya əsgərləri adadakı 13 ukraynalı əsgərə “təslim olun” çağırışı edib və onların əsgərləri bu təklifi rədd ediblər. Hətta Rusiyanın əsgərlərə xəbərdarlığı və ukraynalı mühafizəçilərin cavablarının səs yazısı sosial şəbəkələrdə yayılıb, səs yazısında isə Ukrayna əsgərləri Rusiyanın “təslim olun” çağırışına aşağılayıcı tonda rədd cavabı vermişdi.

Ukrayna əməliyyatlarının ilk günündə İlan adasındakı hücumlarda bütün Ukrayna əsgərlərinin öldürüldüyünü, lakin sonradan bu əsgərlərin sağ olduğu ilə bağlı məsələlər barədə sualları cavablandıran Zelenski bildirib: “Bəziləri öldü, bəziləri əsir düşdü. Rusiya bəzi məhbusların dəyişdirilməsini təklif edib. Biz onları tərəddüd etmədən əvəz etdik. Ölənlər qəhrəman oldu, sağ qalanlar mübadilə üçün istifadə edildi, hamısı budur".

Simvolik əhəmiyyət kəsb edən adaya edilən hücumlar və orada yaşananlarla bağlı Ukrayna ordusundan da açıqlama gəlib. Açıqlamada bildirilir ki, hücum zamanı adada bir Rusiya komanda mərkəzi və zenit-raket kompleksi məhv edilib. Adaya edilən raket hücumunda nə qədər Rusiya əsgərinin öldüyü barədə isə rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, İlan adasının mühasirəsində iştirak etmiş "Moskva" kreyseri bir müddət əvvəl Ukrayna tərəfindən vurularaq batırılmışdı. Kreyser Sovet İttifaqı dövründə ölkənin cənubunda, hələ də Ukraynaya məxsus olan və işğaldan sonra rus qoşunları tərəfindən tez-tez bombardman edilən Nikolayv şəhərində inşa edilib.

186 metr uzunluğundakı gəmi 1979-cu ildə suya buraxılıb, onun ilk adı Slava olub. Sonradan Moskva adlandırılan gəmi 2000-ci ildə Qara dəniz donanmasının ürəyinə çevrilib, 2020-ci ildə təmir edilib.

Kreyser 700 kilometr mənzilli 16 ədəd P-1000 Vulkan tipli gəmi əleyhinə raket və S-300 hava hücumundan müdafiə sistemi ilə təchiz edilib.

2015-ci ildə Rusiya donanmasının Aralıq dənizindəki daimi əməliyyat qrupuna rəhbərlik edən gəmi Suriyadakı Rusiya Hmeymim Hava Bazasının qorunmasında da mühüm rol oynayıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »