Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya əsgərləri niyə Ukraynada alt paltarlarını belə oğurlayırlar? - Rusiya eksperti cavab verir
Rusiya əsgərləri niyə Ukraynada alt paltarlarını belə oğurlayırlar? - Rusiya eksperti cavab verir

“Bütün Rusiya başdan aşağı çürükdür. Ordu niyə fərqli olsun ki? Axı, balıq başdan iylənər”.

Bizimyol.info xəbər verir ki, bu barədə tanınmış rusiyalı iqtisadçı Sergey Aleksaşenko “Rusiya əsgərləri niyə talançılıq edir, niyə ukraynalıların evlərində hər şeyi talayırlar?” sualına cavab olaraq bildirib. Siyasətçi Rusiya ordusunun Ukraynada özünü niyə hərbi qulluqçu kimi yox, oğru və quldur kimi apardığını ətraflı izah edib. Aleksaşenkonun sözlərinə görə, o əsgərlərin bu davranışı onu təəccübləndirməyib:

"Məgər biz Putinin qatil olduğunu bilmirdikmi? Biz bilirdik. Nemtsov, Navalnı, Politkovskaya - və uzun bir siyahı. Çox sayda tanınmış və tanınmamış adlar. Biz Putin əsgərlərinin Suriyada nə etdiyini görmədikmi? Gördük. Yoxsa Qroznıda, Çeçenistanda etdiklərini görmədik? İndi də desək ki, "biz fərqli davranışlar görürük" yanılarıq... Təəssüf ki, Rusiyada gördüyümüz ən pis keyfiyyətləri Putin əsgərlər vasitəsilə üzə çıxarmağı bacardı. Rusiya Federasiyasının ordusu yalnız tamamilə bacarıqsız olduğunu üzə çıxararaq təəccübləndirə bildi. Ancaq Allaha şükürlər olsun ki, bu, belə oldu",- deyə Sergey Aleksaşenko bildirib.

Ekspertin fikrincə, Rusiya generalları 1943-1944-cü illər müharibəsini həyata keçirməyə çalışırlar. “Eyni taktiki birləşmələr, tanklar, müxtəlif tərəfdən 10 stalinçi zərbəsi... Bununla yanaşı, maddi-texniki təminat yoxdur, rabitə yoxdur, müxtəlif bölmələr arasında koordinasiya yoxdur. Prinsipcə, ordunun əsasını təşkil etməli olan taktiki qruplarda heç bir təşəbbüs yoxdur. Yəni Rusiya ordusunun sadəcə olaraq, nəhəng “Potyomkin kəndi” olduğu məlum oldu”,- deyə Aleksaşenko qeyd edib.

Ekspertin sözlərinə görə, bu, “Potyomkin kəndi"ndə vəhşi qarətlərin baş verməsi Rusiyada bütün səviyyələrdə total talanların nəticəsidir. “Əsgərlərin talançı olmasına təəccüblənmək olarmı? Digər bir məsələyə nəzər salaq. Putinin ən yaxın dostu, çoxdandır birlikdə olduğu “Rostex” korporasiyasının baş direktoru Çemezovdan danışaq. Onlar Drezdendə birlikdə xidmət ediblər. Rusiya dövlət korporasiyasının rəhbəri olan bu adam 700 müəssisəsi olan varlı adamdır. O, Putinə məktub yazır: “Vladimir Vladimiroviç, burada müharibə gedir, sanksiyalar tətbiq edilir. “Rostelecom”u səndən ala bilərəmmi?” . Bu talançılıq başqa səviyyədədir. Yəni demək istədiyim odur ki, yuxarıda talana icazə verilirsə, niyə aşağıda olmasın? Niyə sıravi əsgərin talançılıqla məşğul olmasının mümkün olmaması düşünülməlidir? Qəribə vəziyyətdir”,- Alekseşenko vurğulayıb.

Rusiya əsgərlərinin niyə hətta köhnəlmiş qadın alt paltarlarını Ukraynada mənzillərindən apardığını soruşanda isə Aleksaşenko deyib ki, orduda olanların hamısı kəndlərdən olan uşaqlardır: “Bu uşaqlar Rusiyanın ən kasıb, ən depressiv bölgələrindən gəliblər. Təsəvvür edin, 18-19 yaşlı oğlanı hərbi xidmətə çağırırlar. O, dərhal 30-50 min rubl maaşla müqavilə bağlamağa hazırdır. Yəni 400, 500, 600 dollara müharibəyə getməyə hazırdır. Çünki bu pul onun kəndində və ya qəsəbəsində böyük puldur. Ancaq o gördüyü işin qiymətinin, bəlkə də, onun həyatı olduğunu belə dərk etmir  və öz “30 qanlı gümüşü” (satqınlıq üçün verilən pul - red.) ilə nəsə əldə edə bilcəyini düşünür”.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »