Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskinin BMT baş katibi ilə görüşü başlayıb
Zelenskinin BMT baş katibi ilə görüşü başlayıb

Kiyevdə səfərdə olan BMT baş katibi Antoniu Quterreşin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü başlayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Hazırda onlar arasında görüş keçirilir. Düşünürəm ki, biz BMT rəhbərindən Ukraynaya güclü dəstək alacağıq", - Podolyak deyib.

Qeyd edək ki, bundan əvvəl Quterreş Rusiyada səfərdə olub. O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə humanitar dəhlizlərin fəaliyyətini təmin etmək üçün birgə qrup yaratmağı təklif edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »