Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan XİN rəhbəri Sahibə Qafarova ilə regional təhlükəsizliyi müzakirə edib
Gürcüstan XİN rəhbəri Sahibə Qafarova ilə regional təhlükəsizliyi müzakirə edib

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumatı yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında yaxın tərəfdaşlıq əlaqələrindən məmnunluq ifadə ediblər.

İkitərəfli əlaqələrin daha da gücləndirilməsində parlamentlərarası əlaqələrin böyük önəm daşıdığı vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Gürcüstan arasında parlament komitələri səviyyəsində uğurlu əməkdaşlığın olduğu qeyd olunub. Eyni zamanda, tərəflər, eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər və hər iki ölkənin ərazi bütövlüyünə qarşılıqlı dəstək ifadə edilib.

“Görüşdə tərəflər iki ölkənin parlamentlərinin ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə mühüm töhfə verməyə hazır olduğu bir daha təsdiq edilib”, - XİN-in məlumatında qeyd olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »