Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin mobil telefondan və qulaqlıqdan qorxur”
“Putin mobil telefondan və qulaqlıqdan qorxur”

Rusiya Prezidenti Vladimir Putin tarixin ən ziddiyyətli obrazlarından biridir. Onunla bağlı qəti fikir bildirmək asan deyil. Əminliklə demək olar ki, Putinin indiki qərarları illərlə müzakirə ediləcək. Dövlət başçısının ayrı-ayrı məsələlərə münasibəti, yanaşması həmişə təəccüb doğuracaq.

Bizimyol.info xəbər verir ki, Rusiya siyasətçisi və publisisti Yekaterina Şulman Putinin müəmmalarla zəngin obrazı barədə danışıb. Onun fikrincə, Rusiya Prezidenti qapalı rejimlərin ənənəvi rəhbərlərindəndir. Politoloq inanır ki, Putin heç də həmişə gerçəklikdən xəbər tutmur. Çünki yaratdığı sistem buna imkan vermir.

Yekaterina Şulman Yekaterina Şulman

“İdarətemə nəzəriyyəsi dilində belə səslənir: siz ətrafınıza casuslar toplayırsınız və casuslararası münasibətlərin tələsinə düşürsünüz. Sistem elədir ki, siz məlumatları yalnız onların vasitəsilə ala bilirsiniz. Casus xoşniyyətli deyilsə, sizə həmişə səhv məlumat çatdıracaq. İnformasiya süzgəcdən keçirilərək ötürülür. Putinin ətrafında fərqli ovqat yaranıb. Ünsiyyət, münasibətlər başqa mərhələyə keçib”.

Yekaterina Şulman deyir ki, Putin hətta mobil telefondan və qulaqlıqdan da qorxur. Dövlət başçısı bu aksesuarlara təhlükə mənbəyi kimi yanaşır. “Putin elə bilir ki, ona radioşüalanma ilə zərər vura bilərlər. Ətrafında adi adamlar da yoxdur ki, onlardan bəsit şeylər istəsin. Hamısı xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Onlar sizə lazım olanı gətirməyəcəklər. Putin yaxşı bilir ki, insanları necə zəhərləyirlər. Buna görə indi şəxsi təhlükəsizliyinin qayğısına daha çox qalır. Ətrafındakı insanlar da bunu təmin etməyə çalışır. Çox ziddiyyətli vəziyyətdir. Həm səni qoruyurlar, həm də reallıqdan uzaq salırlar. Sanki gerçəklik pəncərəni özü döyməlidir”.

Müharibənin ilk günlərində əsas müzakirə mövzularından biri bu idi ki, Putin döyüş meydanındakı itkilərdən xəbərsizdir. Ona real vəziyyəti demirlər. Dövlət başçısının Ukraynada böyük uğurlar qazanıldığına inandığı bildirilirdi. Sanki Putin son günlər əvvəlki qədər inamlı danışmır. Ola bilər ki, gerçəklikdən müəyyən qədər xəbər tutub. Yekaterina Şulman hesab edir ki, Putin hələ də durumun necə acınacaqlı olduğunu bilmir. Prezident müəyyən mənada çarəsiz vəziyyətə düşüb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »