Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarbağda ölən əsgərlərin ailələri Paşinyanın həbsini tələb edirlər
Qarbağda ölən əsgərlərin ailələri Paşinyanın həbsini tələb edirlər

44 günlük müharibədə həlak olan əsgərlərin valideynləri çərşənbə günü İrəvanda Ermənistan Baş Prokurorluğunun yaxınlığında toplaşıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə ermənistan mətbuatı məlumat verib.

Etirazçılardan biri bildirib ki, onların tələbi Ermənistanın baş naziri Nikol Paşinyanın dərhal həbs edilməsidir. Onun sözlərinə görə, baş nazir təhlükənin miqyasını dərk edən kimi ölkəni tərk edəcək. “Onun qarşısını almaq lazımdır”, - deyə etirazçı bildirib.

Öz növbəsində 44 günlük müharibədə həlak olan David Zakaryanın atası Aşot Zakaryan həlak olan digər əsgərlərin valideynlərini Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında keçirilən etiraz aksiyasına qoşulmağa çağırıb: “Əgər ədaləti bərpa etmək istəyirsinizsə, bizə qoşulun, bu qatildən qurtulmağımıza kömək edin. Evdə oturub şikayət etməyi dayandırın!” – deyə o bildirib.

Zakaryan əlavə edib ki, qurbanların yaxınları Paşinyanın təqsirləndirilən şəxs qismində işə cəlb edilməsi tələbinə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cavab verənə qədər Baş Prokurorluğun binası qarşısında qalmaq niyyətindədir: "Tələblərimiz yerinə yetirilməsə, o zaman kəskin tədbirlər görəcəyik", - deyə həlak olan əsgərin atası xəbərdarlıq edib.

Hələ 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan hakimiyyəti əvvəllər təsdiq edilmiş silah, hərbi texnikanın alınması planlarına yenidən baxmaqda, istifadəyə yararsız zenit silahları almaqda, pulun mənimsənilməsi, müharibənin üçüncü günündə səfərbərliyin dayandırılmasında ittiham edib.

Bu faktlar əsasında Korrupsiyaya Qarşı Mübarizə Şurasında cinayət işi başlanıb.

2022-ci il aprelin 18-də həlak olan hərbçilərin valideynləri Baş Prokurorluğa müraciət edərək cinayət işinin başlanmasını və Paşinyanın əraziləri təhvil verməklə minlərlə insanın həyatını xilas edə biləcəyi barədə dediklərini araşdırmağı tələb ediblər: "Amma o, bundan imtina edərək minlərlə insanın ölümündə günahkar oldu", - deyə qeyd ediblər.

Baş Prokurorluq valideynlərin ərizəsini Akopyan işi ilə birləşdirilmək üçün istintaq funksiyaları ilə məşğul olan Korrupsiyaya Qarşı Mübarizə Şurasına göndərib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »