Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın müttəfiqləri Ukraynaya qarşı müharibədə Kremlə dəstək vermir - Kəşfiyyat
Rusiyanın müttəfiqləri Ukraynaya qarşı müharibədə Kremlə dəstək vermir - Kəşfiyyat

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Rusiyanı dəstəkləmir və Ukraynaya qarşı müharibədə iştirak etmək arzusunu ifadə etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Xatırladaq ki, KTMT Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın daxil olduğu hərbi-siyasi beynəlxalq təşkilatdır.

"Rusiya Federasiyasının təkidlərinə baxmayaraq, KTMT üzvləri öz ölkələrindən kənarda sülhməramlı əməliyyatların aparılması ilə bağlı qərar qəbul etmək istəmirlər. O cümlədən, "DNR" və "LNR" adlanan ərazilərdə baş verən münaqişəyə qoşulmaq istəmir. Digər tərəfdən, KTMT üzvləri milli kontingentin Rusiya Federasiyası və ya Belarus ərazisində məhdud şəkildə yerləşdirilməsi imkanlarını nəzərdən keçirə bilər. Ancaq Ukraynanın onların ərazisinə hücumu ilə bağlı rəsmi bəyanatdan sonra", - kəşfiyyatın hesabatında deyilir.

Qeyd olunur ki, aprelin 15-də Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov Qazaxıstanın Ukrayna ərazisinə milli qoşunların göndərilməsi ilə bağlı müraciət almadığını bildirib. O, KTMT-nin hərbi komitəsinin son iclasında Ukrayna ərazisində silahlı münaqişədə iştirak məsələsinə baxılmadığını qeyd edib.

"İndi KTMT-yə üzv olan bütün ölkələr, Rusiya Federasiyası və Belarusiya istisna olmaqla, Rusiyanın ukraynaya qarşı başlatdığı müharibəyə qarşı neytral münasibət göstərirlər. Onların heç biri Krımın ilhaqını və "DNR" - "LNR"-nin müstəqilliyini tanımayıb",- deyə departamentin məlumatında qeyd edilib.

Xatırladaq ki, NSDC katibi Oleksiy Danilov bildirib ki, Vladimir Putin digər ölkələri, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətləri Ukraynaya qarşı müharibəyə cəlb etmək istəyir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »