Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda Nazarbayevin imtiyazları ləğv ediləcək
Qazaxıstanda Nazarbayevin imtiyazları ləğv ediləcək

Qazaxıstan konstitusiyasına edilən dəyişikliklər respublikanın birinci dövlət başçısı Nursultan Nazarbayevə bir sıra səlahiyyət və imtiyazlar verən ilk prezident haqqında qanunun ləğvini nəzərdə tutur.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə parlamentin aşağı palatasının spikeri Yerlan Koşanov bildirib.

"Dəyişikliklər Elbasının (millətin lider) statusunu istisna edir. Nazarbayevin dövlətin qurucusu kimi rolu konstitusiyada qalır. Bu normanın qəbulundan sonra birinci prezident haqqında konstitusiya qanunu da qüvvəsini itirəcək”, - deyə o bildirib.

İndi Qazaxıstan konstitusiyasında Nazarbayevin xidmətləri qeyd olunur: “Dövlətin müstəqilliyi, respublikanın unitarlığı və ərazi bütövlüyü, onun idarəetmə forması, habelə respublikanın fəaliyyətinin konstitusiya ilə təsbit edilmiş əsas prinsipləri müstəqil Qazaxıstanın banisi, ölkənin birinci prezidenti tərəfindən qoyulub. Qazaxıstan Respublikası - Elbası və onun statusu dəyişməzdir", - Əsas Qanunun 91-ci maddəsində deyilir. Ölkədə “Qazaxıstan Respublikasının birinci prezidenti haqqında” qanun var. Bu qanunla yeni müstəqil Qazaxıstan dövlətinin qurucusu kimi ilk prezidentin siyasi-hüquqi statusunu müəyyən edən, onun birliyini, konstitusiyanın müdafiəsini, insan - vətəndaş hüquq və azadlıqlarını təmin edilir.

Hazırda işçi qrup Qazaxıstan konstitusiyasına düzəlişlər hazırlayıb. Onlara uyğun olaraq prezidentin səlahiyyətləri azaldılır. Parlamentin və yerli nümayəndəlik orqanlarının rolu əhəmiyyətli dərəcədə gücləndirilir. Vətəndaşların iştirakı əhəmiyyətli dərəcədə genişləndirilir, insan hüquqları sahəsi sistemli şəkildə gücləndirilir və Konstitusiya Məhkəməsi yenidən yaradılır.

Qeyd edək ki, Nursultan Nazarbayev 1991-ci ildə ölkənin SSRİ-nin tərkibindən ayrılıb müstəqil dövlət olmasında rəhbərlik edib və sonra müstəqil Qazaxıstan dövlətin ilk prezidenti olub. 2019-cu ildə bir sıra imtiyazlar əldə edərək öz istəyi ilə yakimiyətdən gedib. Bu ilin yanvar ayının əvvələrində ölkədə başderən qarışıqlılardan sonra hazırkı prezident Kasım-Comart Tokayev onun səlahiyyət və imtiyazlaının bir hissəsini  almışdı.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »