Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keşmiş dostu Putinin əsas xasiyyətini və varisinin kimliyini açıqlayıb
Keşmiş dostu Putinin əsas xasiyyətini və varisinin kimliyini açıqlayıb

“Rusiya prezidenti Vladimir Putinin əsas xüsusiyyəti ünsiyyət qurduğu insanı alçaltmaq istəyidir”.

Bizimyol.info xəbər verir ki, bu barədə Putinin hazırda Fransada yaşayan keçmiş dostu, iş adamı Sergey Puqaçov müsahibəsində danışıb.

“Əslində Putin elə onu gördüyünüz kimi bir insandır. Axmaq zaraftaları ilə, davranışları ilə seçilir. O həyatda da, insanlarla ünsiyyətində də eynidir. 20 ildir ki, hamı onu “yalayır”. Buna görə də ona elə gəlir ki, etdiklərinin hamısı idealdır. Yadımdadır, o Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə necə istehza ilə davranırdı. Təbii ki, bunlar şəxsi məsələlərdir. Mən dəfələrlə belə hallaırn şahidi olmuşam. Bu onun əsas xüsusiyyətidir, insanları alçatmağa çalışmaq. Həm də o təkcə tabeliyimdə olanları deyil, hamıya qarşı eyni cür davranır. Burada söhbət onu 30 və daha çox il ərzində tanıyanlardan gedir. Bu təkcə alçaltmaq dyeil, həm də “kimin, kim olduğunu” sübut etməyə çalışmaqdır”,- deyə iş adamı danışıb.

Puqaçov müsahibədə əvvəllər kimin Putinin varisi hesab edildiyinə aydınlıq gətirib. O qeyd edib ki, Rusiya Federasiyası Federasiya Şurasının hazırkı rəhbəri, Xmelnitski vilayətindən olan Valentina Matviyenko əvvəllər Vladimir Putinin varisi kimi təlim keçib.

"Mən Valentinanı çox yaxşı tanıyıram. Valentina bir vaxtlar Putinin varisi olub. O, Medvedev və Sergey İvanovdan əvvəl də böyük ehtimal ki, varis olub. O, həmin vaxtlar Sankt-Peterburqun qubernatoru idi. Putin həqiqətən də onu dəvət etdi, danışdı, varis olmağı təklif etdi”,- deyə Puqaçov bildirib.

Onun sözlərinə görə, Matviyenkonun o zamanlar adı korrupsiyaya bulaşmamışdı.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »