Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Laçın rayon sakini münaqişə zəminində əmisini öldürüb
Laçın rayon sakini münaqişə zəminində əmisini öldürüb

Aprelin 20-də Laçın rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıqla xəsarət yetirib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, xəstəxanaya yerləşdirilən Ə.İsmayılov aprelin 26-da orada ölüb.

Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »