Polşa və Bolqarıstan rəsmiləri deyirlər ki, Rusiya rublu ilə ödəməkdən imtina etdikdən sonra ölkələrinə qaz nəqlini dayandırıb.
Bizimyol.info xəbər verir ki, Polşanın dövlətə məxsus "PGNiG" şirkəti Rusiyanın enerji nəhəngi “Qazprom”a istinadən verdiyi məlumata görə, dayandırma çərşənbə günü yerli vaxtla səhər saat 8-də (GMT 06:00) qüvvəyə minib.
Bolqarıstanın İqtisadiyyat Nazirliyi bildirib ki, “Bulgargaz” dövlət operatoru da “Qazprom”dan təbii qazın nəqlinin aprelin 27-dən dayandırılacağına dair bildiriş alıb.
“Qazprom” bildirib ki, Bolqarıstanın “Bulgargaz” şirkəti və Polşanın “PGNiG” şirkətlərinə qazın tədarükünü vaxtında rublla ödəmədiyinə görə tamamilə dayandırıb. Bu barədə Rusiya holdinqinin bəyanatında deyilir.
“Qazprom İxrac” aprelin 27-dən fərmanla müəyyən edilmiş qaydada ödəniş həyata keçirilənədək qaz təchizatının dayandırılması ilə bağlı "Bulgargaz" və "PGNiG"ni xəbərdar edib”, – “Qazprom Eksport” şirkətlər aprelin 26-da iş günlərinin bağlanmasına qədər aprel ayında tədarük üçün ödəniş almayıb.
“Qazprom” həmçinin xatırladıb ki, Bolqarıstan və Polşa tranzit ölkələrdir, ona görə də “Rusiya qazının üçüncü ölkələrə tranzit həcmlərindən icazəsiz çıxarılması halında tranzit tədarükü bu həcmdə azalacaq”.
"PGNiG" qaz təchizatının tam dayandırıldığını təsdiqləyib.
Bu xəbərlər fonunda Avropada qazın qiyməti 21% bahalaşıb və hazırda 1000 kubmetr üçün 1370 dolları ötüb.
Qeyd edək ki, Ukrayna bildirilən addımlara cavab olaraq Rusiyanı enerji məsələsində Avropanı şantaj etməkdə günahlandırıb. Rusiyanın məqsədi "müttəfiqlərarasında parçalama yaratmaq" olduğunu bildirib.
“Rusiya rəhbərliyinin son məqsədi təkcə Ukrayna ərazisini ələ keçirmək deyil, bütün Avropanın mərkəzini və şərqini parçalamaq və demokratiyaya qlobal zərbə vurmaqdır”, – deyə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Onun aparat rəhbəri Andriy Yermak deyib ki, Rusiya “Avropanın qaz şantajına başlayır”.
Qadir, Bizimyol.info