Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyevdə dostluq abidəsi sökülərkən Rusiyanın başı qopdu - Foto
Kiyevdə dostluq abidəsi sökülərkən Rusiyanın başı qopdu - Foto

Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə 63 gündür davam edir.

Bizimyol.info xəbər verir ki, Ukrayna isə müharibə başlayandan bəri Rusiyanın izlərini silməkdədir. Belə ki, Ukraynanın paytaxtı Kiyevdə 8 metrlik bürüncdən hazırlanmış Rusiya-Ukrayna Dostluq Abidəsi Kiyev meri Vitali Kliçkonun iştirakı ilə sökülüb.

Mövzu ilə bağlı Kiyev meri Vitali Kliçko açıqlama verən zaman bildirib ki, 60-a yaxın abidəni məhv edəcəklər. “Rusiya dövlətimizə və xalqımıza qarşı öz barbar münasibətini nümayiş etdirdi. Bu səbəblə də 1982-ci ildə iki xalqın dostluğu, iki fəhləni təmsil edən tunc heykəl paytaxtda söküldü”.

O, bildirib ki, dostluq adlanan 8 metrlik metal abidəni götürərkən Rusiyanl təmsil edən fəhlənin başı qopub düşüb. “Abidənin dəyişdirilməsi ilə bağlı yeni layihəyə imza atdım və Kiyev Bələdiyyəsi bu məsələyə qarşıdakı sessiyada baxacaq. Kiyevdə Rusiya və Sovet İttifaqına aid olan 60-a yaxın abidəni sökəcəyik. Rusiya ilə əlaqəli 460-dan çox küçənin də adı dəyişdiriləcək”,- deyə şəhər meri əlavə edib.

Qeyd edək ki, sökülən abidə Kiyevin mərkəzində Xalqlar Dostluğu Tağının altında yerləşirdi. Abidə Ukrayna və Rusiya xalqları arasında “dostluğu” simvolizə edirdi. Xalqlar Dostluğu Tağı abidəsi 1982-ci ildə Kiyevin 1500, SSRİ-nin yaradılmasının isə 60 illiyi münasibətilə ucaldılmışdı.

Kiyevdə Rusiya-Ukrayna dostluq abidəsi dağıdılıb

Onu da xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri Rusiya ilə bağlı bir sıra abidələr sökülüb. Bunlardan biri də Aleksandr Puşkinin heykəli olub. Bundan əlavə bildirilir ki, general Nikolay Vatutinin, yazıçı Mixail Bulqakovun və ya “Görüş yerini dəyişmək olmaz” filminin qəhrəmanları Jeqlov və Şarapovun heykəlləri də söküləcək.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »