Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin son çırpıntıları: Avropanın qazını kəsməyə başlayıb
Putinin son çırpıntıları: Avropanın qazını kəsməyə başlayıb

Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibə ölkənin hər yerində can almaqda davam edir.

Fevralın 24-ü səhər saatlarında başlayan hücumdan sonra ABŞ və Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib və Ukraynaya silah yardımı etməyə başlayıb. Bunun üzərinə Rusiya prezidenti Vladimir Putin “dost olmayan ölkələrə qaz satarkən Rusiya rublunun istifadəsinə keçməyi planlaşdırırıq” sözləri ilə təbii qaz satışında yeni dövrü rəsmən açıqladı.

"NPR"-də yer alan xəbərə görə, rublla ödəniş etməyən iki NATO və AB üzvü Polşa və Bolqarıstana artıq təbii qaz nəqli dayandırılıb. Bu, Putinin qazı avro əvəzinə rublla satmaq qərarından sonra bir ilkdir. Çünki Polşa və Bolqarıstan bu qərara əməl etmədiyi üçün qazın verilməsi dayandırılan ilk ölkələr olub.

Varşava və Sofiya Rusiyanın enerji nəhəngi "Qazprom"un çərşənbə günündən etibarən qaz tədarükünü dayandırdığı barədə onlara xəbərdarlıq etdiyini açıqlayıb.

Avropa İttifaqının təbii qaz ötürmə şəbəkəsi operatorlarının məlumatına görə, Belarus və Polşa arasında Yamal-Avropa kəmərindən Polşaya qaz axını bərpa olunub. Günün ilk saatlarında sıfıra enən qaz nəqli hazırda qismən bərpa olunub.

Bildirilir ki, Rusiya Polşa və Bolqarıstandan sonra digər Avropa İttifaqına üzv ölkələrdə də oxşar addımlar ata bilər. Putinin təbii qazdan silah olaraq istifadə etdiyinə diqqət çəkən ekspertlər, bu vəziyyətin xüsusilə Almaniya kimi Rusiya qazından asılı olan ölkələrdə ciddi iqtisadi problemlər yarada biləcəyini düşünürlər. Bu iki ölkəyə qaz axınının bir müddət dayandırılması Avropa üçün təhlükə hesab olunur.

Rusiyanın qazı kəsmək üçün niyə məhz bu iki ölkəni seçməsi isə müzakirə mövzusuna çevrilib. Bunun Ukrayna müharibəsinin tərkib hissəsi olması fikri üstünlük təşkil edir. Çünki Polşa Rusiya işğalı zamanı qonşu Ukraynanın güclü dəstəkçisi oldu. Varşava hökuməti isə ABŞ və digər Qərb dövlətləri tərəfindən Ukraynaya verilən silahların tranzit məntəqəsidir.

Bundan əlavə Polşa da bu həftə Ukrayna ordusuna tanklar göndərdiyini təsdiqləyib. Onu da qeyd edək ki, Polşa ilə müqayisədə Bolqarıstan Ukraynanı dəstəkləməkdə daha çox bitərəf qalıb.

Lakin ötən ilin payızında, yeni liberal hökumətin işə başlamasından sonra Rusiya-Bolqarıstan münasibətləri xeyli soyuyub.

Xatırladaq ki, Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşdi. Rusiya hökumətinin dərc etdiyi siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib. Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »