Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arestoviç: Rusiya ilə müharibə Yeni ilə qədər uzana bilər
Arestoviç: Rusiya ilə müharibə Yeni ilə qədər uzana bilər

Rusiyanın işğalına qarşı müqavimət çox uzun çəkə bilər.  Çünki Donbassda aktiv hərbi əməliyyatların başa çatması müharibənin sonu demək deyil.

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

O qeyd edib ki, Ukrayna tərəfinin ağır silahlarla tam təmin edildiyi vaxt cəbhədəki vəziyyətdə ciddi dönüş əldə etmək olur. Təminat üstünlük imkanlarına əhəmiyyətli dərəcədə təsir edir.

Aleksey Arestoviç Aleksey Arestoviç

"Tələb olunan qədər silah - sursat gələnə, yerləşdirilənə  və bunlardan istifadənin döyüş meydanına ciddi təsir etməyə başlamasına qədər zaman lazım olacaq. Bu, təxminən mayın sonu, iyunun əvvəlinə çəkə bilər", - deyə Aleksey Arestoviç proqnozlaşdırır.

O, ukraynalıları “uzun müddətə” hazır olmağa çağırıb.

“Donbasda aktiv fazanın dayandırılması müharibənin bitməsi demək deyil. Düşmən itkilərini bərpa etmək üçün döyüşlərə müvəqqəti ara verib. Güman ki, onlar dağılmış bölmələri cəmləşdirir, yeni hücular üçün qüvvə toplayırlar”, - deyə o, bundan sonra taktiki hərəkətlərin olacağını, basqınların davam edəcəyini və döyüşlərin dayanmayacağını bildirib.

"Bu, uzun hekayədir və çox uzun zaman davam edə bilər. Bu, Yeni ildən əvvəl də ola bilər. Hər şey bir sıra hallardan asılıdır. Hələlik danışıqlar barədə də ürək açan bir söz demək mümkün deyil. Bu baxımdan, hələ uzunmüddətli müharibənin olacağına hazır olmalıyıq və hər kəs vətəni üçün bacardığı köməyi göstərməlidir", - deyə Aretoviç bildirib.

Əvvəllər prezidentinin aparat rəhbərinin müşaviri Arestoviç Rusiyanın Odessa vilayətinin cənubuna raket zərbələri endirməsini Kremlin Bessarabiyaya qarşı hücuma başlamaq niyyəti kimi qiymətləndirib və bu, rusların məğlubiyyətini sürətləndirəcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »