Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın nüvə hədələrinə ABŞ-dan cavab
Rusiyanın nüvə hədələrinə ABŞ-dan cavab

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna ətrafındakı vəziyyətə görə nüvə münaqişəsi ehtimalına inanmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə çərşənbə axşamı "Fox News"a müsahibəsində müvafiq bəyanatla çıxış edib.

“Mən buna inanmıram”, - deyə Ostin Ukraynadakı münaqişənin nüvə münaqişəsinə çevrilə biləcəyinə inanıb-inanmadığı sualına cavab verib: “Bizimlə birlikdə beynəlxalq birliyin bütün üzvləri bunun baş verməməsi üçün lazım olan hər şeyi edirlər. Lakin Ukraynanın özünü müdafiə etmək hüququ var və biz onu dəstəkləməyə davam edəcəyik”,- deyə o vurğulayıb.

Lloyd Ostin Lloyd Ostin

Ostin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nüvə müharibəsi ehtimalı ilə bağlı bəyanatlarını da təhlükəli adlandırıb: "Hər hansı belə ritorika münaqişənin həllinə kömək etmir. Nüvə müharibəsində heç kim qalib gələ bilməz, amma bu gün Ukraynada gedən müharibəni dayandırmaq mümkündür", - Pentaqonun rəhbəri bildirib. "Lavrovun sözlərinin arxasında nə olduğunu söyləmək çətindir, lakin bu cür ritorikadan qaçmaq lazımdır və real vəziyyətə həll yolu tapılmalıdır. İndi orada insanlar ölür. Biz bunun qarşısını almaq üçün çalışırıq", - deyə Ostin bildirib.

Lavrov Birinci Kanalın “Böyük Oyun” proqramına müsahibəsində xatırladıb ki, yanvarda BMT Təhlükəsizlik Şurasının “beşlik” daimi üzvləri nüvə müharibəsinin yolverilməzliyi barədə bəyanat veriblər. “Bu, bizim prinsipial mövqeyimizdir, biz ondan çıxış edirik və təbii ki, risklərin çox əhəmiyyətli olduğu bir vaxtda, mən heç istəməzdim ki, bu risklər süni şəkildə artırılsın. Görünür bunu istəyənlər çoxdur. Təhlükə ciddidir, realdır, onu qiymətləndirməmək olmaz”, - XİN rəhbəri bildirib.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç də Lavrovun açıqlamalarına münasibət bildirib. O, Ukrayna cəmiyyətinə müraciət edərək deyib ki, "belə açıqlamalara ciddi yanaşmayın, bu cür hədələr Rusiyanın öz məğlubiyyətini etiraf etməsi anlamına gəlir".

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »