Rusiya Prezidenti Vladimir Putin Moskvada BMT-nin baş katibi Antonio Quterreşi qəbul edib.
"Report" xəbər verir ki, TASS Kremldə oval masa arxasında keçirilən görüşün görüntülərini yayıb.
Quterreş Rusiyaya səfəri zamanı Ukraynadakı, o cümlədən konkret olaraq Mariupol və Azovstaldakı vəziyyəti müzakirə etməyi planlaşdırır.
Putin və Quterreş sonuncu dəfə ötən ilin mayında videobağlantı vasitəsilə danışıblar.
Quterreş bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.