Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Latviya Baş nazirinin müavini ilə görüşüb
Ceyhun Bayramov Latviya Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

"Bizimyol.info" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərinin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Latviya ilə əlaqələrə xüsusi önəm verdiyini və ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığın uğurla davam etdiyini qeyd edib. Nazir, iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların intensivliyinə istinad edərək, qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Öz növbəsində Latviyanın müdafiə naziri Artis Pabriks Azərbaycanın ölkəsi üçün strateji tərəfdaş olduğunu qeyd edib. O, Azərbaycan ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğunu ifadə edib. A.Pabriks Latviyanın Azərbaycanın Aİ ilə hərtərəfli əməkdaşlığını dəstəklədiyini bildirib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə əhəmiyyət verdiyini qeyd edib və tərəflər arasında yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına dair ümid ifadə edib.

Görüşdə tərəflər Ukraynadakı vəziyyət, Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardım, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »