30 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərində apardığı qırx dörd günlük müharibəsi qəti qələbə ilə nəticələnən Azərbaycan tədbirli və balanslı yanaşmasını davam etdirir.
Tarixdə “qələbə sərxoşluğu”na düşməklə bağlı çoxlu örnəklər var, lakin Azərbaycan o örnəklər kimi hərəkət etmir, əksinə, müstəqillik əldə etdikdən otuz il kimi qısa müddət keçsə də, təcrübəli dövlət davranışı ilə hərəkət edir.
44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Ermənistan müharibəni işğal etdiyi ərazilərdən kənara daşımaq istəsə də, Azərbaycan heç vaxt beynəlxalq legitimlik prinsipindən kənara çıxmadı. Gəncə kimi mühüm şəhərə raketlər buraxılsa da, Azərbaycan buna aldanıb, Ermənistan ərazisinə hücum etmədi. Göstərdik ki, məqsədimiz otuz ildir işğal altında olan torpaqlarımızı azad etməkdir.Beləliklə, Ermənistanın təxribatlarına getmədik.
Qısa müddətdə Azərbaycan Ermənistanın və havadarlarının gözləmədiyi aşkar qələbə qazandı. Müharibə zamanı məqsədinin nə olduğunu tez-tez ən yüksək səviyyədə dilə gətirirdi. Müharibənin sonunda qalib dövlət kimi Qafqazda sülhə zəmin yaratmaq üçün konstruktiv mövqe nümayiş etdirmişdi və bu məsələdə öz mövqeyini indi də səbrlə saxlayır.
Həmçinin, Azərbaycan olaraq, Ermənistana sülh əlimizi də uzatdıq. Qələbənin dəyişdiyi regional geosiyasəti nəzərə alaraq, müvafiq dövlətlərin prosesdən kənarda qalmasını istəmədik. Türkiyə ilə birlikdə 3+3 formatında (Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Gürcüstan) regional əməkdaşlıq platformasını gündəmə gətirdik.
Qafqazda sülhün bərqərar olması və möhkəmləndirilməsi üçün regional əməkdaşlıq yollarını axtardıq. Müharibə zamanı faktiki olaraq, öz ərazi bütövlüyümüzü və milli suverenliyimizi qorumaq əzmində olduğumuzu göstərmiş, Türkiyə ilə diplomatik yolla imzalanmış Şuşa Bəyannaməsində olduğu kimi, Ermənistanla da tezliklə sülhün təmin olunması üçün intensiv diplomatiya prosesinə başlamışdıq.
Azərbaycan ikitərəfli və regional sülhə can atsa da, Ermənistan atəşkəs dövründə əldə edilmiş razılaşmanı yerinə yetirməkdən uzaqlaşır. Görünür, yenidən seçilən Paşinyan Hökuməti təkbaşına qərar qəbul etmək iqtidarında deyil.
Masa arxasında söz verən Paşinyan Hökuməti illərdir erməni diasporunun himayəsindən və çıxılmazlıqdan qidalanan Minsk üçlüyünün (ABŞ, Rusiya, Fransa) təsirindən qurtula bilmir. Prezident Əliyevin təbirincə desək, “Qarabağ qələbəsi ilə təqaüdə çıxan Minsk Qrupu” sakit oturmur.
“Dondurulmuş problem: Qarabağ” vasitəsilə Qafqazda mövcud olmaq istəyən üçlük bu dəfə Azərbaycanın aşkar qələbəsi ilə Ukrayna üzərində addım atır.
Ermənistan nə vaxt masa arxasında otursa, onu masadan uzaqlaşdırırlar.Eynilə ABŞ və Qərbin Ukraynada Zelenskiyə etdiyi kimi.
İşin həqiqəti budur ki, Ermənistanı dəstəklədiyini və yanında olduğunu söyləyənlər Ermənistanın məhvinə səbəb olurlar. Nəticəyə baxdıqda, Ermənistan, Diaspor və Minsk Qrupundan yox, onlar Ermənistandan “qidalanır”. Diaspor, varlığının səbəbi kimi Ermənistanı, Minsk Qrupu isə Cənubi Qafqazı siyasətinin aləti kimi görür. Bu arada özünə dəstək tapdığını düşünən Ermənistan real siyasətdən uzaqlaşır və qonşularına qarşı ekspansionist mövqe tutur.
İkinci Qarabağ müharibəsindən il yarımdan çox vaxt keçməsinə baxmayaraq, Ermənistan verdiyi vədləri yerinə yetirməyib. Masaya gələndə müsbət mövqe sərgiləyən Ermənistan, masadan qalxdığı zaman orada dediklərinə əməl etməyi bacarmır.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Əliyev və Paşinyan Brüsseldə görüşüblər. Prezident Əliyev ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, sonra isə sərhədlərin demarkasiyası əsasında Qafqazda sülhün gələcəyinə təminat vermək istəyir. O, iki ölkə arasında sülhün tezliklə imzalanmasını tələb edir.
Paşinyandan dolğun cavab ala bilməyən Prezident Əliyev işğaldan azad edilmiş sivilizasiya şəhəri Qarabağda Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmək üçün 65 ölkədən gəlmiş diaspor nümayəndələri ilə danışıb. Buradan O, açıq şəkildə İrəvana müraciət edərək “Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağımızı açıq bəyan edəcəyik” deyib.
Əgər Qafqazda sülhün daimi olması arzu edilirsə, Azərbaycanın uzatdığı əl havada qalmamalıdır. Təəssüf ki, Brüsseldə həqiqəti deyən, Moskvada isə dili dolaşan Paşinyanın münasibəti bu sülhün olacağına ümid yeri qoymur.
Mətin Şükürlü, Bizimyol.info