Kiyevə hər zaman səfər etməyə hazıram.
APA xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bu gün AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.
O çıxışında Ukrayna xalqı ilə həmrəy olduğunu, onların dözümlülüklərini alqışladığını bildirib.
Baş katib qeyd edib ki, Kiyevə istənilən vaxt səfər etməyə hazırdır: "Mən Ukrayna səlahiyyətliləri ilə sıx əlaqədəyəm. Ancaq Kiyevə səfərim üçün qaydalara əsasən, ilk olaraq Ukrayna tərəfindən dəvət gəlməlidir. Ümid edirəm ki qısa zamanda Kiyevə tezliklə səyahət edə biləcəyəm”.