Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya hərbçiləri “Azov”un adını eşidəndə qorxudan əsirlər”
“Rusiya hərbçiləri “Azov”un adını eşidəndə qorxudan əsirlər”

Ukraynanın “Azov” alayı müharibədə əsl qəhrəmanlıq nümunəsi ortaya qoyur. Ukraynalı döyüşçülər son nəfəsinə qədər vuruşur, əsir düşməmək üçün ölümə hazır olduğunu göstərir.

Onlar neçə gündür “Azovstal” metallurgiya kombinatında mühasirədə döyüşür. Yayılan videolarda onların bəzisinin yaralı halda vuruşduğu gözə dəyir. “Azov” alayının üzvləri eyni zamanda zavodun bunkerində gizlənən Mariupol sakinlərinin qayğısına qalmağı da unutmur. Ora min nəfərə qədər mülki şəxsin sığındığı bildirilir.

Bizimyol.info xəbər verir ki, aprelin 26-da bir aydan çoxdur mühasirədə qalmış mariupollulardan bir hissəsi Zaporojye şəhərinə gətirilib. Onlar yerli jurnalistlərlə söhbətlərdə maraqlı məsələlərdən bəhs ediblər. Mariupollu bir kişi danışır ki, Rusiya hərbçiləri “Azov”un adını eşidəndə qorxudan əsirlər: “Onlar superdir. Mənim söhbət etmək imkanı qazandığım Rusiya hərbçiləri “Azov”dan elə qorxurlar ki... Onlar soruşurlar ki, mən həmin alayın üzvlərini yaxından görmüşəmmi? Cavab verirəm ki, görmüşəm, onlardan hər şey gözləmək olar. Deyirlər, rayonu qorumağa çalışırıq, bir də görürük, arxa tərəfdən çıxdılar. Rusiya hərbçiləri daim “Azov”dan danışırlar. Onlar mənim mənzilimə girəndə elə qorxurdular. Qorxaq dovşan təəssüratı yaradırdılar. Qorxurdular ki, bu dəqiqə haradansa “Azov”çular çıxacaq. Bu da Rusiya ordusu. Öz gözlərimizlə gördük. Rusiyalı hərbçiyə deyirəm ki, qorxma, mənzil boşdur, heç kim yoxdur içəridə. Əyilə-əyilə gəzir, qorxudan titrəyir. Rüsvayçı mənzərə idi”.

“Azov” alayı 2014-cü ilin mayında Mariupolda könüllülərdən yaradılıb. İlin sonuna qədər üzvlərin sayı 800-ə çatıb. Alayın döyüşçüləri bu illər ərzində böyük hazırlıq prosesi keçib. Fevralda başlayan müharibənin ilk günlərində “Azov”çuların sayının 5 minə yaxınlaşdığı bildirilirdi. Onların təxminən yarısının Mariupol döyüşlərində həlak olduğu ehtimal edilir. Təxminlərə görə, “Azovstal”da 1000-2500 arası döyüşçü məskunlaşıb. Alayın rəhbəri Denis Prokopenko heç bir halda təslim olmayacaqlarını, sona qədər vuruşacaqlarını bildirib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »