Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaş DİN-in binasının qarşısında özünü yandırıb, vəziyyəti ağırdır
Vətəndaş DİN-in binasının qarşısında özünü yandırıb, vəziyyəti ağırdır

Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında özünü yandıraraq intihara cəhd edən şəxsin son durumu açıqlanıb.

TƏBİB-dən “Bizimyol.info”ya bildirilib ki, yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Qeyd olunub ki, mərkəzin reanimasiya şöbəsində olan şəxs II-III dərəcəli ağır yanıq xəsarətləri alıb.

17:24

Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub.

“Bizimyol.info”nun xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafa olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb: “Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »