Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlkin Süleymanovun atası Baş prokurorla görüşmək istəyir
İlkin Süleymanovun atası Baş prokurorla görüşmək istəyir

Baş prokuror Kamran Əliyevin ölkənin Qərb bölgəsinin əhalisi – Tovuz, Qazax, Ağstafa sakinlərilə görüşü nəzərdə tutulub. Məlumata görə aprelin 28-də Baş prokuror Ağstafada bu rayonla yanaşı, həm də Tovuz və Qazaxdan olan sakinləri də qəbul edəcək.

Bizimyol.info xəbər verir ki, Baş prokurorla görüşmək istəyənlər arasında Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 2019-cu ilin noyabrında 10-yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla əlaqədar həbs olunmuş İlkin Süleymanovun ailə üzvləri də var. İlkin Süleymanovun atası İbrahim Süleymanov görüşmək üçün Baş prokurora teleqram göndərib.

İbrahim Süleymanov İbrahim Süleymanov

“Nərmin Quliyevanın qətli ilə əlaqədar 3 ildən çoxdur tamamilə günahsız və əsassız həbs edilən oğlum İlkin Süleymanov haqqında cinayət işi üzrə yol verilmiş qanun pozuntularını diqqətinizə çatdırmağım üçün məni qəbul etməyinizi xahiş edirəm”,- İbrahim Süleymanov Baş prokurora teleqramda yazıb.

O bildirib ki, oğlunun təqsirsizliyinə dəlalət edən bütün faktları Kamran Əliyevin diqqətinə çatdırmaq niyyətindədir. İbrahim Süleymanov hesab edir ki, Baş prokurorun işdə yol verilən saxtakarlıq hallarından xəbəri olsaydı, qarşısını vaxtında alardı.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, təxminən ay yarım sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının oğurlanıb öldürülməsylə bağlı ittihamı qəbul etmir. O, təqsirləndirilən şəxs qismində ilkin ifadəsindəki etirafı ağlasığmaz işgəncələrə məruz qalmasıyla izah edir. İlkin süleymanov bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanılıb. Xüsusən yanvarın 8-dən 10-na qədər dəhşətli işgəncələrə məruz qalıb.

İşgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

İşlin Süleymanovun yanvarın 6-da saxlanması məhkəmədə çoxsaylı şahid ifadələri, hətta azyaşlı Nərminin valideynləri və başqa qohumlarının dediklərilə də təsdiqlənib. Lakin cinayət işinin materiallarında onun yanvarın 10-da saxlandığı yazılıb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »