Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində "COVİD"in yeni dalğası: Pekində və Şanxayda qapanma qərarı
Çində "COVİD"in yeni dalğası: Pekində və Şanxayda qapanma qərarı

Çinin paytaxtı Pekində son 3 gündə aşkar edilən 42 yeni yerli mənbəli "Kovid-19" hadisəsinin qeydə alınması ilə bağlı xəstəliyin yayılma ehtimalını nəzərə alaraq şəhərdə qapanma tədbirlərinin yenidən gündəmə gələcəyi narahatlığını artırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

26 hadisənin görüldüyü mərkəzi rayonlardan biri olan Çoyangda kütləvi sınaqların keçiriləcəyi elanından sonra vətəndaşlar supermarketlərə axışıb. Bəzi supermarketlərdə əsas ərzaq məhsulları olan rəflərin boşaldıldığı müşahidə edilib.

Sosial şəbəkələrdə paylaşılan foto və videogörüntülərdə panikaya düşən vətəndaşların supermarketlərə axışaraq düyü, yağ, ət, un kimi əsas ərzaq məhsulları aldığı görülüb.

Bir çox supermarketlərdə məhsul rəfləri boşaldılıb, kassaların qarşısında uzun növbələr yaranıb. Yüksək tələbatı ödəmək üçün paytaxtdakı supermarketlərin iş saatları uzadılıb, işçilərin sayı artırılıb.

Bildirilib ki, son 24 saatda 14 hadisənin qeydə alındığı Pekində ötən gün 6, dünən isə 22 hadisə aşkarlanıb. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tərəfindən edilən şərhdə, yerli qaynaqlı hadisələrin bir həftə ərzində aşkar edilmədən yayıldığı ifadə edilib.

Omicron variantını daşıyan yeni halların şəhərin şərqindəki Chaoyang, şimal-şərqdəki Şunyi, cənub-qərbdəki Fangshan və cənub-şərqdəki Tongcouya təsir edən səyahət qrupları, tələbələr və motorlu kuryer ilə əlaqəli olduğu qeyd edildi.

Dövlətə məxsus "Beijing News" qəzetinin məlumatına görə, Pekin Kommunist Partiyasının katibi Cai Qi, meri Chin Cining və digər şəhər rəsmiləri fövqəladə iclaslarında nəzarət tədbirlərini müzakirə ediblər.

Səlahiyyətlilər, yayılmanın ən qısa müddətdə dayandırılması üçün hadisələrin baş verdiyi yerdə və vaxtında lazımi tədbirlərin görülməsi lazım olduğunu vurğuladı.

Cənubi Guangdong əyalətində 17,5 milyon əhalisi olan Sincan şəhəri, mart ayında yerli mənşəli 60 hadisənin görülməsindən sonra bir həftə qapadılmışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »