Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diyarbəkirin tarixi qala divarları
Diyarbəkirin tarixi qala divarları

Çin səddi və İstanbul səddindən sonra dünyanın ən uzun, ən geniş və ən möhkəm divarlarından biri olan Diyarbəkir qala divarları həmçinin Çin səddindən sonra dünyanın kosmosdan görünən ikinci ən böyük tarixi abidəsidir.

Diyarbəkir qalası daxili və xarici qala olmaqla iki hissədən ibarətdir. Diyarbəkir qalasının dörd əsas qapısı şimalda Dağ qapı (Harput qapısı), qərbdə Urfa (Yunan qapısı), cənubda Mardin qapısı və şərqdə Yeni qapıdır. Təxminən doqquz min illik tarixi olduğu təxmin edilən Diyarbəkir qala divarları 2015-ci ildə UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilib.

Divarların parametri təxminən 5200 metrdir. Daxili qala ilə birlikdə qala divarlarının ümumi uzunluğu təxminən 5800 metrdir. Təxminən 645 metrlik qala divarı müxtəlif səbəblərdən sökülüb. Qalada 82 qüllə var. Diyarbəkir qalası bütün şəhəri əhatə edən divar şəklində tikilib. Qala ilə birlikdə müdafiə divarlarının bölgənin yerli əhalisi hurilər tərəfindən eramızdan əvvəl 4-cü minillikdə tikildiyi güman edilir. Qala daha sonra Bizans imperatoru Konstantin tərəfindən bərpa edilib.

Hər memarlıq abidəsinin bir tarixi olduğu kimi, bu qüllələrin də öz əfsanələri var. Rəvayətə görə, ustad və şagirdi ən gözəl binanın tikintisi ilə bağlı mərc edirlər. Divarların cənub tərəfində Yeddi Qardaş Qalasını tikən ustad və onun yanında başqa bir qala tikən şagirdi camaat arasında “qalib mənəm, yoxsa sən?” soruşur. Lakin ustad şagirdinin sənətinin üstünlüyünü görərək özünü qaladan atır. Ustadının ölümünə dözməyən şagirdi də onun arxasınca özünü atır. Ustad ilə şagirdinin rəqabət və dostluq hekayəsinin yaşandığı yer “Mən və Sən” mənasını verən Ben-u Sen kimi tanınır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »