Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya Ukraynaya silah verəcək
Almaniya Ukraynaya silah verəcək

Almaniya hökuməti sənaye ehtiyatlarından Ukrayna Silahlı Qüvvələrinə “FlakPz Gepard” özüyeriyən zenit silahlarının tədarükünə icazə verəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb. Nəşrin məlumatına görə, Almaniyanın müdafiə naziri Kristin Lambrekst bu gün bu barədə Almaniyanın Ramşteyn aviabazasında müttəfiqlərin konfransında məlumat verəcək.

Qeyd edilib ki, o Ukrayna Silahlı Qüvvələrinə Hollandiyanın Ukrayna ordusuna tədarük etmək niyyətində olduğu “Panzerhaubitze 2000” artilleriya sistemi ilə işləmək üçün təlim keçiləcəyini açıqlayacaq.

"Bu iki elanla Lambrekst, federal hökumətin həftələrdir qərarsızlığına görə tənqid edilməsindən sonra Almaniyanın silah transferlərinə dair kəskin tənqidini yumşaltmaq istəyir"-deyə bildirilib.

Almaniyada keçiriləcək sammitdə müdafiə naziri Aleksey Reznikov və NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edəcək.

Alman silah şirkəti KraussMaffei Wegmann (KMW) hələ 2022-ci ilin fevralında kiçik təmirdən sonra Ukraynaya verilə biləcək təxminən 50 “gepard” olduğunu açıqlamışdı.

Aprelin 23-də Rheinmetall Almaniya hökumətindən Ukraynaya 100 Marder piyada döyüş maşını sata bilməsi üçün icazə istəyib.

Məlumata görə, Rheinmetall Landsysteme Ukrayna ilə tədarük üçün "mümkün qədər tez" müqavilə bağlaya bilər. Bundan sonra tədarüklər "bir neçə həftə ərzində" başlayacaq.

Bildirilir ki, şirkətdən müraciət Almaniya İqtisadiyyat Nazirliyinə daxil olub və dərhal bu barədə qərar qəbul etməli olan Federal Təhlükəsizlik Şurasına göndərilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »