Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə Ərdoğan arasında telefon danışığı olub
Putinlə Ərdoğan arasında telefon danışığı olub

Bu gün Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezident Aparatı katibliyindən verilən açıqlamaya görə, görüşdə Rusiya-Ukrayna müharibəsində son hadisələr və Türkiyə-Rusiya münasibətləri müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, İstanbul danışıqlarında sülhə yol açmaq üçün əldə edilən müsbət irəliləyişin davam etdirilməsi hər kəsin marağındadır. Atəşkəs, humanitar dəhlizlərin effektiv işləməsi, təhlükəsiz evakuasiyanın vacibliyinə diqqət çəkən prezident Ərdoğan, Türkiyənin hər kəsə zərər verən bu tendensiyanın dayandırılması və davamlı sülhün bərqərar olması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.

Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqlarda çox mühüm hədd olan İstanbul prosesinin liderlər səviyyəsinə qaldırılması təklifini də təkrar xatırladıb.

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olduğunu, iki ölkə liderləri Ukrayna məsələsini müzakirə etdiklərini təsdiqləyib.

“Mən həqiqətən görüşün baş tutduğunu təsdiq edə bilərəm, üstəlik, və təsdiq edə bilərəm ki, həqiqətən də orada Ukrayna müzakirə olunub. Daha ətraflı mesaj verəcəyik”, – deyə Peskov jurnalistin çərşənbə axşamı Putinlə Ərdoğan arasında baş tutan söhbətlə bağlı Türkiyə mediasının məlumatını təsdiqləyib-təsdiq edə bilməyəcəyi ilə bağlı sualını cavablandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »