Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşanın Rusiyaya qarşı sanksiyalar siyahısında “Qazprom” və “Novatek” də olacaq
Polşanın Rusiyaya qarşı sanksiyalar siyahısında “Qazprom” və “Novatek” də olacaq

Polşa Rusiya və Belarusa qarşı 50 maddədən ibarət özünün sanksiya siyahısını hazırlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirdiyi brifinqdə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski bildirib.

“Polşanın sanksiya siyahısı Aİ-nin sanksiyalar siyahısının dəqiqləşdirilməsidir.

Söhbət Rusiya oliqarxlarına və ölkəmizin ərazisində fəaliyyət göstərən firmalara aid sanksiyalardan gedir. Bu gün dərc edilən ilk sanksiya siyahısı 50 bənddən ibarətdir”, - deyə Polşada sanksiyaların tətbiqinə cavabdeh olan agentliyin rəhbəri bildirib.

Nazirin sözlərinə görə, siyahıda “EuroPolGaz”ın fəaliyyəti çərçivəsində sanksiyaya məruz qalan “Qazprom” kimi şirkətlər, "Akron" və Polşanın “Azoty” şirkətində təxminən 20%-ə sahib olan rusiyalı oliqarx Vyaçeslav Kantor var.

"Siyahıda həmçinin Donbasdan Polşaya Rusiya kömürü və kömür tədarük edən bütün müəssisələr, o cümlədən "Novatek", "PhosAgro" kimi iri şirkətlər var", - deyə Kaminskibildirib. O qeyd edib ki, siyahıda Belarus hakimiyyəti ilə əlaqəsi olan oliqarxlar və "Beloil" firmasının da adı var.

“Biz bir neçə sanksiya növündən istifadə edəcəyik, ilk növbədə, bu firmaların maliyyə aktivlərinin və əmlakının dondurulması, tenderlərdə iştirak edə bilməməsi, oliqarxlara qarşı isə ölkəmizə girişə qadağa qoyulması kimi vasitələr tətbiq edəcəyik”, - deyə nazir bildirib.

Qeyd edək ki, fevralın 24-də rusiya prezidenti Vladimir Putin Ukraynaya hərbi təcavüzlə bağlı qərar verib. Bundan sonra bir çox dövlətlər Rusiyaya sanksiya tətbiq ediblər. Həmçinin yaranmış vəziyyətlə bağlı ən çox ukraynalı qaçqınları qəbul edən Polşa da ilk gündən bu təşəbbüsə qoşulub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »