Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda "vəzifəli qoçu"ları durdurmaq üçün nə edilməlidir?
Azərbaycanda "vəzifəli qoçu"ları durdurmaq üçün nə edilməlidir?

Sosial şəbəkələrdə “Lexus” markalı avtomobil sürücüsünün motosikletçiyə qarşı xuliqanlıq əməli törətməsi ilə bağlı videolar yayılıb. Hadisəni əks etdirən video sosial şəbəkələrdə böyük rezonans doğurub, geniş ictimai müzakirələrə səbəb olub.

Yayılan görüntülərdən sonra məlum olub ki, sürücüsünü döyüb təhqir edən, 10 VX 707 nömrəli “Lexus” avtomobilinin sahibi, 1959-cu il təvəllüdlü məmur Sultan Dadaşovdur. Sultan Dadaşovla bağlı yayılan məlumatlarda onun Prezident Administrasiyasının İşlər İdarəsinin əməkdaşı olduğu bildirilir.

O da qeyd olunur ki, Sultan Tofiq oğlu Dadaşov həm də “ARPİA” adlı Mənzil Tikinti Kooperativinin sahibidir.

Onu da qeyd edək ki, ictimaiyyət törətdiyi xuliqanlıq əməlindən sonra onun tutduğu vəzifədən azad olunacağını gözləyir. Son olaraq açıqlanan məlumata görə, həmin şəxs artıq saxlanılıb.

Hüquqşünas Şamil Paşayev Bizimyol.info-ya açıqlaması zamanı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, cəmiyyətə qarşı açıqca hörmətsizlik edən, ictimai qaydanı pozan, özünü cəmiyyətin fövqündə qoyan, süni bəhanələrlə hər hansı şəxslə dava yaradan, özünü insanlara göstərən, zor tətbiq edən şəxslərə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 221-ci maddəsinə əsasən xuliqanlıq cinayəti kimi tövsif edilir.

Şamil Paşayev Şamil Paşayev

“Burada isə bir ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Təbii ki, bu kimi halların operativ müəyyən edilməsi üçün təhlükəsiz şəhər kameralarından, digər vətəndaşların video qeydlərindən və s. İstifadə etməkdə də fayda var. Bu kimi əməllər üçün cəld, ani reaksiya göstərmək lazımdır.

Vuran və vurulan bəllidir. Sadələşmiş icraat qaydasında işi təxirə salınmadan məhkəməyə göstərib adekvat cəzasını vermək lazımdır. Burada tək məsələ şəxsin həbs olunması deyil. Əgər cinayət məsuliyyətinə cəlb olunursa, sanksiyalarda nəzərdə tutlan hallarda cərimə, islah işi, azadlıqdan məhrumetmə cəzaları da ola bilər”.

Hüquqşünasın sözlərinə görə, bu kimi hallarla şəxsin məsuliyyətə cəlb edilməsi zamanı nəzərə alınmalıdır ki, cəmiyyətdə ikrah hissi doğuran, insanların üzərində aşkar zor tətbiqetmə yayqın hala çevrilməsin.

“İnsanlar başa düşsünlər ki, bu kimi hallar qanunvericiliklə də qadağandır, istintaq, hüquq-mühafizə orqanları bununla kəskin mübarizə aparır və insanlar buna adekvat cavab verir.

Belə hallarda vətəndaşların birininin, ikisinin cəzalandırılmaması sabah bu kimi əməllərin daha çox olmasına şərait yaradır. Bu xırda bir dahisə kimi görünə bilər, amma bununla bağlı araşdırma aparan hüquq mühafizə orqanları əmin olmalı və bilməlidirlər ki, bu kimi hadisələr bizim sabitliyimiz üçün təhdiddir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »