Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibəni uduzan Rusiya yenə nüvə silahı ilə hədələyir
Müharibəni uduzan Rusiya yenə nüvə silahı ilə hədələyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “nüvə müharibəsinin əhəmiyyətli risklərindən” danışıb. Eyni zamanda nazir bildirib ki, NATO “Rusiyaya qarşı proksi müharibə” aparır.

Bizimyol.info xəbər verir ki, Bu barədə Lavrov Birinci kanalda yayımlanan “ Böyük Oyun” proqramında dnaışıb. O, qeyd edib ki, həqiqətən nüvə müharibəsi təhlükəsi var.

"İndi risklər çox əhəmiyyətlidir. Mən onların süni şəkildə şişirdilməsini istəməzdim. Bunu arzu edənlər çoxdur. Təhlükə ciddi və realdır. Bunu qiymətləndirməmək olmaz"-deyə o bildirib.

Hazırkı vəziyyəti Kubanın raket böhranı ilə müqayisə edən nazir deyib ki, indiki kimi o zaman da “yazılı qaydalar” olub. Lakin onun sözlərinə görə, Moskva Vaşinqtonun özünü necə apardığını, Vaşinqton da Moskvanın necə davrandığını anlayır. Lavrov qeyd edib ki, Karib böhranı zamanı SSRİ və ABŞ-ın “liderlərinin” etibar etdiyi rabitə kanalı var idi.

"İndi belə bir kanal yoxdur və heç kim onu yaratmağa çalışmır", - deyə Rusiya XİN rəhbəri bildirib. Lavrovun sözlərinə görə, strateji hücum silahlarından başqa, “silahlara nəzarət və yayılmamaq alətləri praktiki olaraq məhv edilib”.

Nazir həmçinin bildirib ki, NATO-ya üzv ölkələrin Kiyevə silah tədarükü “Rusiyaya qarşı proksi müharibədir”.

Lavrov bildirib ki, Rusiya silahlı qüvvələri bu silahların anbarlarını Ukrayna ərazisində hədəf hesab edəcək. "Əlbəttə ki, bu silahlar xüsusi silahlı əməliyyat çərçivəsində fəaliyyət göstərən Rusiya silahlı qüvvələri üçün qanuni hədəf olacaq. Əgər NATO faktiki olaraq bir proksi vasitəsilə Rusiya ilə müharibəyə girirsə və bu proksini silahlandırarsa, o zaman müharibə müharibədir”.

Nazir həmçinin vurğulayıb ki, Moskva Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin başlanğıcında irəli sürdüyü tələblərdən əl çəkməyəcək. “Bizim lazım bildiyimizi Rusiya prezidenti Putin açıqladı. Ölkənin demilitarizasiyası kontekstində Rusiya üçün birbaşa təhdid olan hərbi infrastrukturun dağıdılması, Putinin təbirincə desək, “anti-Rusiya” davranışlar. Rusiya tələblərindən geri çəkilmir”,-deyə o bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »