Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə hökumət böhranı: Koalisiya dağılır
İsraildə hökumət böhranı: Koalisiya dağılır

Koalisiyanın rəhbəri İdit Silmanın koalisiyadan çıxmaqla bağlı bəyanatından və Knessetin Qaydalar Komitəsinin Amichai Şiklinin Yamin fraksiyasından çıxarılması barədə qərarından sonra İsrail hökuməki yeni böhran astanasındadır.

Bizimyol.info xəbər verir ki, israilli jurnalistlərin fikrincə, hakim koalisiyanın bir böhrandan çıxmağa vaxtı yoxdur, çünki digəri başlayır.

Bu dəfə söhbət RAAM-ın müavini Mazen Qanaimdən gedir. Şənbə günü, aprelin 23-də axşam saatlarında Qənaim dostu Sərxan Bədərlə Karmieldəki restoranlardan birində nahar edib. Likud deputatı Patin Mula da orada olub. Restorandakı mənbələr deyir ki, bu, siyasi görüş olub və görüş zamanı verilən açıqlamalar koalisiya üzvlərini təşvişə salmalıb.

Cənab Qənaim cənab Mulaya şikayət edib ki, koalisiyadan böyük ümidsizlik hiss edir. O, baş nazir Naftali Bennett və daxili işlər naziri Ayelet Shakedə tələblərinin siyahısını verib, lakin bu tələblər yerinə yetirilməyib. Naharda iştirak edənlər bildirdilər ki, Qanaim artıq özünü koalisiyanın üzvü hesab etmədiyini deyib.

Lakin Qanaim bu iddiaları qismən rədd edib. Koalisiya daxilində bəzi narazılıqların olduğunu və hökumət nümyəndələrinə iradları olduğunu bildirsə də, barəsində yazılanların bir hissəsini doğru məlumat olmadığını qeyd edib: "İradlarımız var, amma gözlətilərimiz də yox deyil. Hər şey danışıqlar vasitəsi ilə həll edilə bilər. Birlikdə yolumuza davam edirik. Bunun nə qədər davam edəcəyini söyləmək üçün hələ tez oluğunu düşünürəm",- deyə o qeyri-müəyyən cavab verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »