Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyadan Rusiyaya qarşı yeni sanksiya qərarı
Britaniyadan Rusiyaya qarşı yeni sanksiya qərarı

Britaniya hökuməti Ukrayna xalqına qarşı istifadə oluna bilən malların Rusiyaya ixracına qadağa qoyur.

Bizimyol.info xəbər verir ki, bu barədə krallığın Xarici Ticarət Nazirliyinin bazar ertəsi axşam yaydığı məlumatda deyilir.

“Böyük Britaniya həmçinin Rusiyanın qəhrəman Ukrayna xalqına zülm etmək üçün istifadə edə biləcəyi məhsul və texnologiyaların ixracına qadağa qoyulduğunu elan edir. Qadağaya məruz qalan məhsulların siyahısına dinləmə və müşahidə üçün avadanlıqlar daxil ola bilər”,- deyə sənəddə qeyd edilir.

Agentlik həmçinin Ukrayna istehsalı olan məhsullar üçün idxal rüsumlarının və kvotaların ləğvini açıqlayıb: “Ukraynadan idxal edilən mallara tətbiq edilən bütün tariflər sıfıra endiriləcək, azad ticarət sazişinə uyğun olaraq Ukraynadan bütün idxal kvotaları ləğv ediləcək. Bu, Ukraynaya iqtisadi cəhətdən dəstək olacaq”,- deyə hökumət bildirib.

Qeyd olunur ki, rüsumlarla bağlı qərar Ukrayna prezidenti Vladimir Zelenskinin müraciətinə cavab olaraq verilib.

"Bu, Böyük Britaniyanın Ukraynaya daha geniş iqtisadi dəstəyinin bir hissəsidir ki, bura Ukraynaya 1 milyard funt sterlinqlik kredit üçün zəmanət daxildir. Arpa, bal, konservləşdirilmiş pomidor və quş əti də daxil olmaqla, Ukraynanın əsas ixrac məhsullarına tariflərin ləğvi Ukrayna bizneslərinə eləcə də istehsalçılarına ən çox yardıma ehtiyac duyduqları an kömək edəcək”,- agentliyin açıqlamasında deyilir.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi "əməliyyat" elan edib. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiya Federasiyasına qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Ukrayna hakimiyyətinə silah tədarükünü artırıblar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »