Maliyyə naziri Sergey Marçenko bildirib ki, Ukrayna ölkənin xərclərini ödəmək üçün ayda ən azı 5 milyard dollar beynəlxalq yardım istəyir.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” yazır.
Vaşinqtonda yüksək rütbəli ABŞ rəsmiləri ilə görüşlərdə danışan Ukraynanın maliyyə naziri Serhi Marçenko Ukraynanın aprel, may və iyun aylarında fövqəladə hallar xərclərini ödəmək üçün ABŞ-dan ayda 2 milyard dollar alacağını gözlədiyini bildirib. Ümumilikdə ölkəyənin ayda ən azı 5 mlrd dollara ehtiyacı var.
“Lazımi maliyyəni cəlb etmək və bu müharibədə qalib gəlmək üçün indi bu boşluğu doldurmalıyıq”, - deyə Marçenko nəşrə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu vəsait pensiyaların, səhiyyə və təhsil işçilərinin maaşlarının və digər humanitar ehtiyacların ödənilməsini davam etdirmək üçün lazımdır.
Ukrayna bu xərclərin bir hissəsini ödəmək üçün daha çox pul çap edə bilərdi, lakin bu, inflyasiyanın sürətlə artmasına səbəb olar.
Daha əvvəl xəbər verildiyi kimi, bəzi Konqres üzvləri və Ukrayna rəsmiləri ABŞ-ın Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatlarını Ukraynaya köçürməsində israr ediblər. Bu aktivlər on milyardlarla ölçülür və müharibədən sonra ölkənin yenidən qurulmasına kömək etmək üçün əhəmiyyətli bir məbləğ təşkil edir.
Məlumdur ki, ABŞ Ukraynanın bərpasına kömək məqsədilə Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard dollardan çox aktivlərini köçürməyi düşünür. Ukraynanın baş naziri Denis Şmıxalın sözlərinə görə, müharibədən sonra Ukraynanın bərpası ən azı 600 milyard dollar tələb edəcək.
Qadir, Bizimyol.info