Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hepatit xəstəliyindən necə qorunmalı...
Hepatit xəstəliyindən necə qorunmalı...

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın 12 ölkəsində uşaqlar arasında hepatit xəstəliyi müşahidə edilir. Belə ki, bu günə qədər 114 halın qeydə alındığı deyilir. Mütəxəssislərin hepatitin mənşəyinin bəlli olmadığını vurğulayıb. Xəstəlik bu günə qədər Böyük Britaniyada, İspaniyada, İsraildə, ABŞ-da, Danimarkada, İrlandiyada, İtaliyada, Niderlandda, Norveçdə, Fransada, Rumıniya və Belçikada rast gəlinib. Və bir ölüm halı qeydə alınıb.

Mütəxəssislər mənşəyi bəlli olmayan hepatitin A, B, C, D, E növlərindən fərqli olduğunu və daha çox ağırlaşamlara səbəb olduğunu bildirir. Azərbaycanda isə, hələ ki, mənşəyi bilinməyən hepatit faktı qeydə alınmayıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, Azərbaycanın səhiyyə qurumları respublika ərazisində epidemioloji vəziyyəti dərhal araşdırıb. Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb. Həmçinin valideynlərə və uşaqlara qayğı göstərən digər şəxslərə hepatitin simptomlarından xəbərdar olmaq tövsiyyə edilib. Mütəxəssislərin fikrincə, hepatit keçirən bir çox insanda əlamətlər virus başlayandan 15-180 gün sonra özünü biruzə etməyə başlayar.

Həkim hepatoloq Sevinc Fətullayeva Bizimyol.info xəbər portalına xəbər verir ki, hepatitin başlanğıcına kəskin faza deyilir. Əlamətlər yüngül bir qrip xəstəliyinin əlamətləri kimi özünü göstərir.

“Xəstədə ishal, yorğunluq, iştahın itməsi, yüngül hərarət, əzələ ağrıları, ürəkbulanma, yüngül qarın ağrısı, qusma və arıqlama müşahidə edilir. Kəskin faza sürətlə şəkildə inkişaf etmədiyi müddətdə təhlükəli deyil. Ancaq xəstənin vəziyyəti daha da pisləşə bilər. Bu zaman sidiyin tünd rəngdə olması, baş gicəllənmə, keyimə, dalağın şişməsi, baş ağrısı, dəridə dəyişikliklır, qaşınma, qızarma, sarılıq müşahidə edilir. Kəskin fazadan sonra müşahidə edilən əlamətlər hepatitin növündən asılı olur” - deyə həkim bildirib.

Sevinc Fətullayeva qeyd edib ki, hepatitin müxtəlif növləri olduğu üçün müalicə üsulu da müxtəlifdir.

“Hepatitdən qorunmaq lazımdır. Məsələn hepatit A-dan qorunmaq üçün tualetə getdikdən sonra əllərinizi sabunla yuyun, bişmiş qidalar yeyin, qaynadılmış su için, meyvələri yaxşı yuduqdan sorna qabığını soyub yeyin. Çiy tərəvəzləri yaxşı yuduqdan sonra yeyin. Hepatitin A-nın yayılmış olduğu ərazilər getdiyiniz zaman Hepatit A peyvəndi vurdurub gedin” - deyə həkim bildirib.

Hepatitn B-dən qorunmaq üçün cinsi münasibətlər zamanı qorunun. Başqaları tərəfindən istifadə edilməmiş şprislərdən istifadə edin. Diş fırçasını, manikür vasitələrini heç kimlə paylaşmayın. Əgər risk altında olduğunuzu düşünürsünüzsə, hepatit B peyvəndi vurdurun. Spirtli içkilərdən uzaq olmağa çalışın. Hepatitlər əsasən qan və cinsi əlaqə yolu ilə keçir. Şübhəli münasibətlərdən uzaq olmağa çalışın.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »