Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Makronu yenidən Fransa Prezidenti seçilməsi münasibətilə təbrik edib
Bayden Makronu yenidən Fransa Prezidenti seçilməsi münasibətilə təbrik edib

ABŞ Prezidenti Cozef Bayden Fransa lideri Emmanuel Makronla telefon danışığında onu seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və onu ikitərəfli sıx əməkdaşlığı davam etdirməyə hazır olduğuna əmin edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

Qeyd edilir ki, Bayden “Makronla yenidən prezident seçilməsi münasibətilə təbrik etmək üçün danışıb”. "O, bizim ən uzunmüddətli müttəfiqimiz olan ABŞ və Fransanın ortaq demokratik dəyərlərə, iqtisadi əlaqələrə və təhlükəsizlik sahəsində əməkdaşlığa əsaslanan sıx və davamlı münasibətlərə malik olduğunu vurğuladı. Prezident Bayden Prezident Makronla bizim üçün ümumi qlobal prioritetlər olan sahədə sıx əməkdaşlıq etməyə davam etməyə hazır olduğunu bildirdi”, - sənəddə deyilir.

Qeyd edək ki, aprelin 23-də Fransada prezident seçkilərinin ikinci turu başa çatıb. Fransa Daxili İşlər Nazirliyinin açıqladığı ilkin məlumatlara görə, Makron səslərin 58,5 faizini, onun rəqibi Marin Le Pen isə 41,5 faiz səs toplayıb.

Seçkilərin nəticələrini yaxın günlərdə Konstitusiya Şurası açıqlayacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »