“Zeytun budağı”, “Sülh çeşməsi” və “Fərat qalxanı” bölgələrinə hücuma hazırlaşan 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, ölkə daxilində və hüdudlarından kənarda PKK terror təşkilatına qarşı əməliyyatlar qətiyyətlə davam edir.
Hadisə ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyi "Terrorçuların hücum cəhdləri cəzasız qalmır!",- deyə paylaşım edib.