Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR Rusiyaya qazın qiymətinin rublla ödənməsinə dair məlumata münasibət bildirib
SOCAR Rusiyaya qazın qiymətinin rublla ödənməsinə dair məlumata münasibət bildirib

SOCAR Azərbaycan Respublikasının Rusiya Federasiyasından idxal etdiyi qazın dəyərini rublla ödənilməsinə dair yayılan məlumata münasibət bildirib.

Şirkətdən Bizimyol.info xəbər portalına bildirilib ki, yayılan bu məlumatlar əsassızdır:

"Kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasından idxal etdiyi qazın dəyərini rublla ödədiyinə dair məlumatlar yayılıb. Bildiririk ki, yayılmış bu məlumatlar həqiqəti əks etdirmir".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır.

Son xəbərlər
Bütün xəbərlər »