Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanla BMT Baş katibi Ukraynada təcili humanitar dəhlizlərin açılmasını müzakirə ediblər
Ərdoğanla BMT Baş katibi Ukraynada təcili humanitar dəhlizlərin açılmasını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş katibi Antonio Quttereş arasında görüş başa çatıb.

“Report” xəbər verir ki, tərəflərin qarşılıqlı fikir mübadiləsi saat yarım davam edib.

Onlar bir çox aktual məsələləri, o cümlədən Ukraynadakı durum ətrafında fikir mübadiləsi aparıblar.

A.Quterreş Ərdoğanla görüşdə Türkiyənin Ukraynadakı diplomatik səylərini dəstəklədiyini bildirib.

BMT Baş katibinin ofisindən qeyd edilib ki ki, görüş zamanı tərəflər Ukraynada təcili humanitar dəhlizlərin açılmasının vacibliyini vurğulayıblar.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »