Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq Ukraynanın Təhlükəsizliyi üzrə Məsləhətçi Qrupun iclasına qatılacaq
Stoltenberq Ukraynanın Təhlükəsizliyi üzrə Məsləhətçi Qrupun iclasına qatılacaq

NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Təhlükəsizliyi ilə bağlı Məsləhətçi Qrupun iclasında iştirak edəcək.

APA xəbər verir ki, bu barədə NATO Baş katibinin sözçüsü Oana Lunçesku bildirib.

Onun sözlərinə görə, iclas aprelin 26-da Almaniyanın Ramşteyn aviabazasında keçiriləcək.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin tərəfindən təşkil olunan iclasda Ukrayna müharibəsi, NATO müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, daha əvvəl Pentaqon bildirib ki, 40-a qədər ölkədən olan maraqlı tərəflər Ukraynaya genişləndirilmiş və daha çox hücum silahlarının necə çatdırılacağını müzakirə etmək üçün Almaniyanın Ramşteyn aviabazasında görüşəcək.

Pentaqonun mətbuat katibi Con Kirbi aprelin 22-də jurnalistlərə bildirib ki, bu, NATO nazirlərinin görüşü deyil, Rusiyanın işğalına qarşı müqavimətdə Ukraynaya yardım göstərməkdə maraqlı olanların toplantısıdır və 20-dən çox ölkə bu görüşlə bağlı dəvəti qəbul edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »