Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 26 aprel, 2022-ci il – Gün çoxlu xoş hadisələr gətirəcək
Ulduz falı: 26 aprel, 2022-ci il – Gün çoxlu xoş hadisələr gətirəcək

Bizimyol.info 26 aprel, 2022-ci il tarixi üçün ulduz falını təqdim edir:

Çoxlu xoş hadisələr gətirə biləcək əlverişli gündür. Özünü dinləyən, başqasının fikrini deyil, öz intuisiyasının göstərişlərini rəhbər tutmağa çalışanlar üçün xüsusilə uğurlu gün olacaq. Qeyri-adi xəbərlər və maraqlı təkliflər, eləcə də bir çox problemlərə fərqli baxmağınıza kömək edəcək tanışlıqlar mümkündür.

Qoç - Şikayət ediləcək heç nə yoxdur: günün çox hissəsi yaxşı keçəcək. Özünüzdən mənun qalacaqsınız və başqaları ilə də mehriban davranacaqsınız; bu davranış tərzi çoxlarının rəğbətini qazanmağa kömək edəcək. Hətta adətən, başqalarına qarşı çox tələbkar olan və hər kəsdə qüsur tapanlar belə sizin cazibədarlığınıza qarşı dura bilməyəcəklər. Biznesdə uğur qazana bilərsiniz, ancaq yalnız tərəfdaşlarınızın dəstəyinə arxayın olduğunuz halda böyük layihələrə başlamalısınız. Təkbaşına böyük işlərin öhdəsindən gəlmək çətin olacaq. Günün ikinci yarısında bəzi xoşagəlməz təsadüflər, qanqaraldıcı sürprizlər mümkündür.

Buğa - Tələsməyin. Bu gün çətin ki, tez uğur qazana, bəzi çətin məsələləri çevik şəkildə həll edə biləsiniz. Çox güman ki, başqa işlər də ortaya çıxacaq: çox enerji sərf olunacaq və nəticə çox da böyük olmayacaq. Ancaq ümidsizliyə qapılmayın - daha sonra qazanmaq üçün daha bir şansınız olacaq. Bir çoxları üçün məqsədlərini müəyyən etmək sadəcə, çətindir, buna görə də bu və ya digər işə baş vuracaqlar və nəticədə boş yerə çoxlu enerji sərf etmiş olacaqlar. Yaxınlıqda məsləhətinə qulaq asa biləcəyiniz bir adam varsa, müraciət edin. Onun təcrübəsi sizə çox kömək edəcək.

Əkizlər - Gün asan olmayacaq, amma maraqlı alınacaq. Bir çox Əkizlər bunu dəqiq bəyənəcəklər, çünki təxəyyül nümayiş etdirmək, işlərə yaradıcılıqla yanaşmaq və yorucu işlərdən qaçmaq imkanı verəcək. Çox maraqlı şeylər öyrənə biləcəyiniz köhnə tanışlarla ünsiyyət qurmağa şad olacaqsınız. Ancaq ilk dəfə gördüyünüz insanlar məyus edə bilərlər. Bəlkə də romantik və ya dostluq münasibətlərinin başlanğıcı qoyulacaq; hər şey sizin istəyinizdən asılı olacaq. Təşəbbüs göstərməkdən çəkinməyin: şübhəsiz ki, dəstək alacaqsınız. Sevdiklərinizlə hissləriniz barədə açıq danışa, şübhə və planlarınızı bölüşə bilərsiniz.

Xərçəng - Təmkininizi qoruyun. Bu gün təxribatlara boyun əyməmək, sonradan peşman ola biləcəyiniz sözlər söyləməmək və hərəkətlər etməmək xüsusilə vacibdir. Siz tez-tez sadəcə, xırda şeylərdən əsəbiləşirsiniz, lakin əslində kiməsə qəzəblənmək üçün ciddi səbəblər lazımdır. Duyğularınızı nəzarət altında saxlayın. İnsanların hissləriniz haqqında nə qədər az məlumatı olsa, bir o qədər yaxşıdır. Enerjilərini dinc istiqamətə yönəldə bilən insanlar sonda qalib olacaqlar. Təmkinli insanlar istənilən maneəni dəf etmək, çoxdankı planları həyata keçirmək və ya tamamilə yeni işlərdə uğur qazanmaq gücünə malik olacaqlar.

Şir - Çətin, lakin məhsuldar gündür. İşgüzar fəallıq yüksək olacaq, siz çox şeyə qadir olduğunuzu hiss edəcəksiniz, ancaq həqiqətən vacib olan işləri öz üzərinizə götürəcəksiniz. İntuisiya bürcün nümayəndələrini məyus etməyəcək, nəyə diqqət yetirəcəyinizi açıq şəkildə söyləyəcək. Peşəkar əlaqələri gücləndirmək, nüfuzlu insanların dəstəyini almaq və mövqelərinizi möhkəmləndirmək fürsəti yaranacaq. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək, yaxınlarınızla ünsiyyət şən əhval gətirəcək. Günün ikinci yarısı bir çoxlarını romantik sürprizlərlə sevindirəcək.

Qız - Ünsiyyət, işgüzar tərəfdaşlar tapmaq, peşəkar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli gündür. İndi siz təkcə özünüz üçün deyil, həm də başqaları üçün çox faydalı işlər görə bilirsiniz. Fikirlərinizin çoxu hər kəsin ürəyincə olacaq. Cəsarətli planların həyata keçirilməsini təxirə salmayın: ilk uğurlarınızı tez əldə edə bilərsiniz. Şəxsi münasibətlərdə təşəbbüs göstərə bilərsiniz - şübhəsiz ki, dəstəklənəcəksiniz. Çox güman ki, sizi sevindirəcək xəbərlər, həm də cazibədar təkliflər olacaq. Yeniliklərdən qorxmursunuz; bu cəhətiniz çox vaxt uğur qazanmağa kömək edir.

Tərəzi - Biznesdə təşəbbüsü ələ almaq üçün yaxşı gündür. Əvvəllər demək olar ki, qeyri-mümkün görünən hədəfə indi nail olmaq şansınız var. Ola bilsin ki, köhnə dostlar kömək etsinlər. Əvvəllər sizin üçün nə edə biləcəklərini düşünmədiyinizə görə indi onların köməyinə xoş anlamda təəccüblənəcəksiniz. Bəzi Tərəzilər maraqlı təkliflər alacaqlar. Maliyyə ilə bağlı qərarlar qəbul etməyə, yeni öhdəliklər götürməyə tələsməyin. Yndi səhv etməyiniz asandır. Bir az gözləmək lazımdır və vəziyyət aydınlaşacaq.

Əqrəb - Günün başlanğıcı olduqca xoşagəlməz ola bilər. Sizə elə gələcək ki, ətrafınızdakı insanlar sizi tənqid etməkdən başqa heç nə etmirlər. Bundan əlavə, asan hesab etdiyiniz tapşırıqlar çətin olacaq, onların həlli çox vaxt aparacaq. Bütün bunlar sizi əsəbləşdirəcək və narahat edəcək, soyuqqanlı insanlar da ciddi şəkildə əsəbiləşə bilər. Axşama doğru müsbət meyllər güclənəcək, özünüzü daha inamlı hiss edəcəksiniz, əhvalınız yaxşılaşacaq. Bu zaman istənilən görüşü planlaşdıra bilərsiniz - onlar sizə lazım olduğu kimi alınacaq.

Oxatan – Münaqişə və narahatlıq üçün ciddi səbəblər gətirməyən əlverişli və sakit bir gün alınacaq. Maraqlı işlərlə məşğul olacaq, həmçinin ünsiyyət zamanı ruh yüksəkliyi gətirən insanlarla tanış olacaqsınız. Ola bilsin ki, bu gün başlayan tanışlıqlar həyatınızda mühüm rol oynasın. Kiçik pul gəliri mümkündür. Alış-verişə və əməliyyatlara tələsməmək daha yaxşıdır, günün ikinci yarısı onlar üçün birinci yarıdan daha münasib olacaq. Səfərlərdən həzz alın. Özünüzü daha şən və enerjili hiss etmək üçün ətraf mənzərəni qısa müddətə dəyişmək kifayətdir.

Oğlaq - Başqaları üçün çox iş görəcəksiniz. Mümkündür ki, öz planlarınızı həyata keçirmək üçün sadəcə, olaraq nə gücünüz, nə də vaxtınız qalsın. Maraqlarınızı, xüsusən də işgüzar maraqlarınızı unutmamağa çalışın. Çoxdan qoyulmuş məqsədlərə çatmaq şansınız var, lakin bunun üçün qətiyyətli və çevik hərəkət etmək lazımdır. Günün ikinci yarısı çoxlu ziddiyyətli məlumatlar gətirəcək, hər şeyi anlamaq üçün vaxt lazımdır. Nəticə çıxarmağa tələsməyin. Köhnə tanışlarla məsləhətləşə bilərsiniz: onların müşahidələri və mülahizələri faydalı olacaq.

Dolça - Ünsiyyət baxımından çətin gündür. Başqalarını düzgün başa düşmək həmişə mümkün olmayacaq, tez-tez onların sözlərində özünüz üçün xoşagəlməz bir məna tapacaqsınız. Xırda işlər üstündə mübahisələr mümkündür. Siz anlaşmanı tez bir zamanda bərpa edə bilərsiniz, lakin bunun üçün təşəbbüs göstərməlisiniz. Qeyri-adi iş və ya əməkdaşlıq təklifləri mümkündür. Köhnə hobbinizdən qazanc əldə etməyə başlamağınız mümkündür. Burada tələsməmək vacibdir: ehtiyatla hərəkət edərək məqsədə daha tez çatacaqsınız.

Balıq - Sizi həqiqətən ovsunlayacaq bir iş tapana qədər dincliyinizi qorumaq çətin olacaq. Bu gün bekarçılıq xüsusilə təhlükəlidir: heç nə ilə məşğul deyilsinizsə, o zaman tutqun fikirlərə qapılacaq, özünüzün və başqalarının əhvalını korlayacaqsınız. Sizi tənqid etməyi sevən insanlarla ünsiyyəti minimuma endirməyə çalışın. İndi belə təmaslar sizin üçün çox zərərlidir. Ancaq sizi dəstəkləyən və maraqlarınızı bölüşənlərlə görüşməyə dəyər. Onlarla ünsiyyət pozitiv əhval gətirəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »