Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremlin Putinin son görüntülərini saxtalaşdırdığı iddia olunur - Video
Kremlin Putinin son görüntülərini saxtalaşdırdığı iddia olunur - Video

Moskva Putinin səhhəti ilə bağlı sualların artdığı bir vaxtda onun Pasxa ziyarətini "2021-ci ildən daha köhnə şəkillərdən istifadə etməklə" saxtalaşdırmaqda ittiham olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə "DailyMail" məlumat verib.

Kremlin yaydığı şəkillərin keçən ilki şəkillərə heyrətamiz dərəcədə bənzəməsindən sonra Rusiya prezidenti Vladimir Putinin ötən həftə sonu Moskvada Pravoslav Pasxa mərasiminə həqiqətən də qatılıb-qatılmaması ilə bağlı şübhə döğuran məqamlar aşkarlanıb.

Bir il fərqlə çəkildiyi iddia edilən şəkillərdə dövlət başçısının eyni kostyum geyindiyi və çox oxşar göründüyü nəzərə çarpır. Ötən ilki şəkillə bu ilkinin yeganə aydın fərqi onun qalstukunun rəngidir ki, bunu da şəkillərin manipulyasiya edildiyi zaman işqlandırılma fəqqindən yaranan rəng dəyişməsi olduğu kimi dəyərləndirilir.

Putinin bazar günü səhər - aprelin 24-də Moskva meri Sergey Sobyanin ilə birlikdə Moskvanın Xilaskar Məsih kilsəsində Pravoslav Pasxa bayramına həsr olunmuş gecə yarısı Pasxa mərasimində iştirak etdiyi iddia edilir.

Lakin hadisənin fotoları və video görüntüləri Rusiya və Ukraynadakı müxalifət mediası tərəfindən araşdırılıb. Onlar bu, yeni adlandırılan videoların 2 may 2021-ci ildəki ziyarət zamanı çəkildiyini iddia edirlər.

"Bunun keçən həftə Putinin Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündəki şişkin və əyildiyini göstərən görüntülərdən sonra çəkildiyi deyilir. Amma son videoda ötən həfə aşkar görünən şişkinlik izləri görünmür",- deyə görüntüləri araşdıran qrup bildirib.

Ötən həftə yayılan görüntülər Putinin səhhətində ciddi problemlər olduğu, Ukraynadakı müharibənin ilk günlərində əsas dayaq rolunu oynayan Şoyqunun isə infarkt keçirməsi ilə bağlı şayiələrə səbəb olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »