Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynanın uzaq mənzilli silahlara ehtiyacı var" - ABŞ müdafiə naziri
"Ukraynanın uzaq mənzilli silahlara ehtiyacı var" - ABŞ müdafiə naziri

ABŞ dövlət katibi Antoni Blinken və ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynanın paytaxtı Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Rusiyanın hücumlarına qarşı müqavimətini davam etdirən Ukrayna kritik bir səfərə ev sahibliyi edib. Bu, Rusiyanın işğalından sonra ABŞ-ın Kiyevə ən yüksək səfəri olub.

Bizimyol.info xəbər verir ki, AFP-nin son xəbərinə görə, Blinken Zelenskiyə ABŞ diplomatlarının bu həftə Ukraynaya qayıdacağı barədə məlumat verib. Eyni xəbərə görə, ABŞ nazirləri Zelenskiyə 700 milyon dollardan çox əlavə birbaşa və dolayı hərbi yardım vəd ediblər.

Jurnalistlərə açıqlama verən Blinken, Rusiyanın müharibə məqsədlərinin uğursuz, Ukraynanın isə uğurlu olduğunu bildirib: “Rusiya Ukraynanı tamamilə özünə tabe etdirməyə, onun suverenliyini əlindən almağa, müstəqilliyini əlindən almağa çalışdı, amma bacarmadı”.

ABŞ diplomatlarının gələn həftədən etibarən Ukraynaya dönəcəyini bildirən Blinken, “Diplomatlar Kiyevdəki səfirliyin yenidən açılması prosesinə başlayacaq. Düşünürəm ki, bu bir neçə həftəyə baş verəcək. Biz bunu ilk növbədə şəxsi heyətimizin təhlükəsizliyini nəzərə alaraq diqqətlə edirik”,- deyə bildirib.

Polşa-Ukrayna sərhədində keçirilən mətbuat konfransında danışan Lloyd Ostin Zelenski ilə görüşün “məhsuldar” olduğunu vurğulayıb: “Belə bir fürsət əldə etdiyimiz üçün çox şadıq. Görüş zamanı çoxlu sayda mülki vətəndaşın itkisinə görə təəssüfləndiyimizi bildirdik. Rusiya qüvvələrini dəf etmək üçün uğurlu iş görən cəsur Ukrayna qoşunlarından da danışdıq. Biz həmçinin onların peşəkarlığına və öz demokratiyalarını müdafiə etməyə sadiqliyinə heyran olduğumuzu bildirdik”.

Bundan əlavə o, söyləyib ki, Ukraynanın uzaq mənzilli silahlara ehtiyacı var: “Ehtiyaclarını təmin etmək üçün əlimizdən gələni edəcəyik. Bizə prezident tərəfindən 5 batalyondan ibarət 155 haubitsa, yüz minlərlə artilleriya mərmisi və 800 milyon dollarlıq müxtəlif dəstəklər üçün icazə verilib”.

Bu hadisələrdən sonra Rusiyadan ilk reaksiya Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovdan tərəfindən gəlib. “Rossiya-24” telekanalına danışan diplomat deyib ki, Moskva Vaşinqtona Kiyevə silah tədarükünü dayandırmağı tələb edən nota göndərib.

Xatırladaq ki, Zelenski bundan əvvəl mart ayında Konqresdə çıxış etmiş və ABŞ qanunvericilərini “daha çox iş görməyə” çağırmışdı. Zelenski çıxışında Ukrayna üzərində uçuşa qadağan zona yaradılmasını istəyib, lakin bu tələb yerinə yetirilməyib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »