Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəhəng şirkət NATO-dan Qara dənizi nəzarətə götürməyi tələb edir
Nəhəng şirkət NATO-dan Qara dənizi nəzarətə götürməyi tələb edir

Ukraynadakı müharibə Qara dəniz üzərindən ərzaq ticarətini sarsıtdığı bir vaxtda dəniz nəhəngi V.Group-dan NATO-ya zəng gəlib.

Bizimyol.info xəbər verir ki, dünyanın ən böyük gəmi idarəetmə şirkəti V.Group-un rəhbəri Rene Kofod-Olsen Qara dənizin qlobal qida tədarükü zəncirləri baxımından böyük əhəmiyyət kəsb etdiyini və NATO-nun bölgədən ticarət axınına zəmanət verməli olduğunu bildirib.

Böyük Britaniyada yerləşən şirkətin rəhbəri NATO hərbi gəmilərinin Qara dənizdə beynəlxalq sularda ticarət gəmilərini müşayiət etməyə çağırıb.

İngiltərənin məşhur iqtisadi qəzeti Financial Times-ın xəbərinə görə, Kofod-Olsen, “biz beynəlxalq sularda dəniz və dəniz nəqliyyatımızın qorunmasını tələb etməliyik. Mən əminəm ki, NATO və başqaları ticarət donanmasının qorunmasında rol oynamalıdırlar”,- deyə bildirib.

Qyed edək ki, 51 faizi ABŞ-dan olan Advent International şirkətinə məxsus olan V.Group 46 mindən çox dənizçi heyəti ilə gəmi sahiblərinə istismar və texniki xidmət göstərir . Qara dənizin şimal sahillərinin üçdə biri isə müharibə və minalara görə gəmiçilik üçün təhlükəli vəziyyətə düşüb.

"Financial Times" yazır ki, Qara dənizdən taxıl və gübrə axınının beynəlxalq qida zənciri üçün böyük əhəmiyyət kəsb etdiyini və buradakı pozuntunun Cargill, Bunge, ADM və Louis Dreyfus kimi nəhəng kənd təsərrüfatı mal emalçıları ilə yanaşı ,qida şirkətlərinə də təsir etdiyini bildirir.

Qlobal buğda ticarət həcminin təxminən 30 faizinə sahib olan Rusiya və Ukraynanın taxıl ixracatının mart və aprel aylarında azaldığını ifadə edən qəzet təxminən 500 personalı olan 84 gəminin Ukrayna sahillərində qapalı qaldığını. Həmin gəmilərin mina və ya mərmilər nəticəsində zədələndiyi bildirilir.

Digər tərəfdən Kofod-Olsenin çağırışına cavab olaraq NATO Rusiya ilə potensial münaqişəyə sürüklənməmək üçün Qara dəniz gəmilərini müşayiət etmək niyyətində olmadıqlarını açıqlayıb.

Rusiyanın Qara dənizdəki donanmasının mövcudluğunun Ukraynanı işğal etməzdən əvvəl də dəniz ticarətini kəsdiyini iddia edən NATO Qara dəniz sahilində yerləşən NATO üzvü olan Bolqarıstan, Rumıniya və Türkiyənin dənizdəki minaları tapmaq və zərərsizləşdirmək üçün gəmilərindən istifadə etdiyini bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »