Milli Məclisin depuatı Fazil Mustafanın aparıcı Ulvira Qarayevanın “Astar” verilişində qonaq olan zaman səsləndirdiyi fikilər birmənalı qarışanmayıb.
Belə ki, deputat verilişdə çıxışı zamanı “qızlar üçün oğlanlardan ayrı məktəb açılmalıdır”,- deyə fikir səsləndirib. O, bildirib ki, bu halda qızlar həyata daha hazır vəziyyətdə yetişirlər: “Bütün ixtisasları, dili və musiqini öyrənirlər”.
Təhsil eksperti Elşən Qafarov Bizimyol.info-ya açıqlaması zamanı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, 21-ci əsrdə qızlar və oğlanlar üçün ayrı məktəbin olması gülünc səslənir.

“Zaman-zaman bizdə qızlar və oğlanların ayrı təhsil müəsssisələrində təhsil alması ilə bağlı təkliflər olub. Bu təkliflər istər cəmiyyət, istəsə də ictimi fəallar arasında kəskin tənqid edilib. Bu gün biz dünyəvi təhsil sistemini həyata keçirən bir ölkəyik. Biz öyrəşmişik deputatalardan bu formada əcaib təkliflər və fikirlər eşitməyə. Düşünürəm ki, sələndirilən fikir bu günün reallığı ilə uyğunlaşmır.
Biz övladlarımıza daha yaxşı təhsil verməyi düşünməliyik. Milli Məclisin deputatları da bu sahədə təkliflər versələr, daha yaxşı olar. Mənasız və əsası olmayan təkliflərin verilməsi təəssüf doğurur”.
Ekspert bildirib ki, təhsilimizdə kifayət qədər problemlər var və çox yaxşı olar ki, istər Milli Məclisin deputatları, istər ziyalılar, istərsə də cəmiyyət olaraq, daha çox təhsilin keyfiyyətini və təşkilində yol verilən qüsurları müzakirə edək və bununla da bunların aradan qaldırılmasına dəstək vermiş olaq.
Təhsil eksperti Elçin Əfəndi isə məsələyə münasibət bildirən zaman söyləyib ki, bu çox gülünc təfəkkürdü.

“Ölkədə “Bakı Qızlar universiteti” adlı universitet var. Qızlara oranı təklif edəndə az qalırlar adamı boğub öldürələr, qalmışdı ki, ayırca qız məktəbi ola. Kim gedəcək ora? Əgər bir valideyn qızını təhsildən ayırıb təcrid edirsə və ya qız məktəbi var deyə düşünüb ora göndərirsə, heyf o təhsilə, heyf o qız övladına. Ayrıcalıq, öz mənafeyi naminə başqsının hüquq və azadlıqlarını əlindən almaq axmaqlıqdan başqa bir şey deyil.
Dünyada artıq yeni beyin inqilabları baş verdiyi dövrdə biz görün nə təklif edirik”,- deyə qeyd edib.
Leyla Mirzə, Bizimyol.info