Rusiyanın “Moskva” kreyserinin batdığı yerdə “Kommuna” adlı xüsusi xilasetmə gəmisi işləyir.
Bizimyol.info xəbər verir ki, bu barədə “Bild” məlumat verib verir.
“Rusiya batmış “Moskva” kreyserin təchiz olunduğu gəmi və zenit-raket komplekslərini, həmçinin məxfi sənədləri, bəzi vacib hərbi avadanlıqları çıxarmağa çalışır”, - deyə məlumatda bildirilir.
""Moskva"nın böyüklüyünə görə (uzunluğu 187 metr) 110 yaşlı “kommuna” çətin ki, batmış kreyseri dərinlikdən tam qaldıra bilsin. Lakin gəminin və zenit-raket komplekslərini, eləcə də məxfi sənədlərini və hərbi texnikasını xilas etməyə cəhdlər göstəriləcək", - deyə nəşr yazır.
Xatırladaq ki, “Komuna” gəmisi 1912-ci ildə çar Rusiyası dövründə suya salınıb və Rusiya Hərbi Dəniz Qüvvələrinin və ümumilikdə dünyanın ən qədim gəmilərindən biri hesab olunur.
Qadir, Bizimyol.info