Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ərazi güzəştinə getməyəcək: "Bir nəfər bunkerdən çıxmalıdır..."
Ukrayna ərazi güzəştinə getməyəcək: "Bir nəfər bunkerdən çıxmalıdır..."

Rusiya Ukraynadan Krımın ilhaqının və qondarma respublikaların tanınmasını tələb etsə də, rəsmi Kiyev bir sıra tələblərin ümumiyyətlə, müzakirə edilməyəcəyini açıqlayıb.

“Rusiya Federasiyası ilə danışıqlarda razılaşma predmeti olmayan, fundamental məqamları əks etdirən “qırmızı xəttlər” var. Burada söhbət Ukraynanın dövlət suverenliyi, müstəqilliyi və ərazi bütünlüyündən gedir”.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk yerli mətbuata müsahibəsində danışıb. Onun sözlərinə görə, buŞ hazırda hakimiyyətdə olanların “keçməyəcəyi qırmızı xətlərdir”, bunlar müqəddəsdir.

Stefançuk bildirib ki, müharibənin diplomatik yolla bitəcəyinə inansa da, amma son zamanlar Rusiyanın törətdiyi cinayətlər “bu dialoq dəhlizini getdikcə daraldır”. Onun sözlərinə görə, dünya Ukraynanı dəstəkləyir və təcavüzkarı məğlub etmək üçün birləşib. Radanın spikeri həmçinin Rusiya Federasiyasını atəşi dayandırmağa və danışıqlar masası arxasına oturmağa çağırıb. O, qeyd eidb ki, çünki Ukraynadakı müharibə “heç kimə lazım deyil və cəmiyyətdəki bütün sağlam qüvvələr bunu başa düşür”.

"Bütün dünya Ukrayna ətrafında birləşib, bütün dünya bizi dəstəkləyir - bəziləri çox, bəziləri az. Biganə qalan yoxdur. Hamı başa düşür ki, bu gün Ukrayna dünya demokratik sivilizasiyası uğrunda mübarizə aparır",- deyə Stefançuk qeyd edib.

O, əlavə edib ki, Rusiya Federasiyasında “bir nəfər” bunkerdən çıxıb görməldir ki, o, nə edib və dünyanı hansı vəziyyətə gətirib. “Mən bütün atəşləri, hücumları dayandırmağa və danışıqlara başlamağa qətiyyətlə çağırıram”,- deyə Stefançuk bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Vladimir Zelenskinin komandası Rusiya Federasiyasına Mariupoldakı “Azovstal” zavodunun divarları altında danışıqların xüsusi raundunu keçirməyi təklif etmişdi. O, bununla demək istəmişdi ki. Rusiya ilə dialoq imkanları artıq tükənib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »