Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xalq Rusiya ordusunun məhvini və hərbi yolla qovulmasını tələb edir" - Arestoviç
"Xalq Rusiya ordusunun məhvini və hərbi yolla qovulmasını tələb edir" - Arestoviç

Ukraynadakı müharibənin fəal mərhələsi mayın 9-na qədər sakitləşə bilər. Sonrakı mərhələdə oktyabra qədər Rusiya mütəmadi olaraq, hərəkət etməyə çalışacaq, amma hər şey sanksiyalardan və Qərbin Ukraynaya yardımından asılı olacaq.

Bizimol.info xəbər verir ki, bu barədə prezidentin müavini Aleksey Arestoviç “Meduza”-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yaxın günlərdə Rusiya yaxın həftələrdə vətəndaşlarına yaxın günlərdə qələbə haqqında hesabat verməyə başlayacaq.

Aleksey Arestoviç Aleksey Arestoviç

"İki, maksimum üç həftədən sonra döyüş əməliyyatlarının aktiv fazası bitəcək. Mayın 9-na qədər qələbə elan ediləcək, deyirlər ki, tapşırıq tamamlanıb və danışqılara başlamağı təklif edirlər. Hətta onlar Ukraynaya qarşı heç bir müdaxilə olmadığını, sadəcə olaraq, Donbass xalqını müdafiə etdiklərini bağıra-bağıra deyirlər. Ukraynanı 72 saat ərzində denazifikasiya edəcəkləri barədə hədələri unudublar”,- deyə Arestoviç bildirib.

Prezidentin müşaviri eyni zamanda bildirib ki, Ukrayna xalqının danışıqları gedib-getməyəcəyini bilmir. Çünki xalq Rusiya ordusunun məhv edilməsini və hərbi yolla ölkədən qovulmasını tələb edir. Amma Ukraynanın ortaya qoyduğu sərt mövqeni Rusiya qəbul etməyə də bilər: “Əgər Rusiya razılaşmasa, bu zaman xüsusi təyinatlıların kiçik taktiki reydləri ilə, artilleriya zərbələri ilə mövqe müharibəsi olacaq. Rusiya vaxtaşırı hücumlar üçün daha çox ehtiyat toplamağa çalışacaq”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, belə olan halda Rusiya avqust ayında yeni hücuma cəhd edəcək, amma bu hücmülar kiçik miqyaslı olacaq.

"Əgər bu mərhələ uğursuz olarsa, onlar daha çox güc toplamağa çalışacaqlar və haradasa oktyabrda başqa hücum cəhdi olacaq. Sonra isə, hər şey sanksiyaların necə işləyəcəyindən asılıdır. Arestoviç vurğulayıb ki, bu, artıq aktiv müharibə olmayacaq, əksinə, cəbhə xətti boyunca mövqeləri ələ keçirmək üçün nadir, təsadüfi cəhdlər olan mövqe müharibəsi olacaq.

O, bildirib ki, Kievin əsas vəzifəsi fevralın 23-də olan mövqelərə qayıtmaqdır. "Biz maksimum olaraq, bütün əraziləri işğaldan azad etməliyik. Amma hamımız yaxşı bilirk ki, bu mümkün deyil",- o əlavə edib. Arestoviçin fikirncə, Donbass və Krım məsələsi, siyasi və diplomatik yollarla həll olunacaq. Çünki bu ərazilərdə hücum üçün daha böyük miqdarda texnika lazımdır. Qərbin bunu bizə verəcəyi isə, hələ məlum deyil.

Xatırladaq ki, Arestoviç Donbass uğrunda döyüşün müddəti ilə bağlı da fikir bildirib. O qeyd eidb ki, Rusiyanın Ukraynanın şərqinə cəlb etdiyi qüvvələr qələbə üçün kifayət etmir və Putin ordusuna qarşı Ukrayna Silahlı Qüvvələrinin çox peşəkar, ciddi təlim keçmiş və yüksək motivasiyalı hərbi hissələri dayanır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »