Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Ukraynanı silahlandırması Rusiyanı çətinə salıb
ABŞ-ın Ukraynanı silahlandırması Rusiyanı çətinə salıb

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Kiyevə silah göndərilməsi diplomatik həll tapmağa və vəziyyətin nizamlanmasına kömək etmir.

Bizimyol.info xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, Moskva Vaşinqtona Kiyevə silahla təmin etməyi dayandırmağı tələb edən nota göndərib.

"Bu günlərdə Vaşinqton Kiyevə 800 milyon dollar dəyərində silah tədarük edilməsi baqədə qərar qəbul edilib. Biz hesab edirik ki, bu, böyük rəqəmdir və belə qərarlar diplomatik həll yolunun tapılmasına zərbə vurur, məsələnin həlli ilə bağlı gərginliyin artmasına, münaqişə tərəflərinin danışıqlarda ortaq razılaşma əldə etmək etimalını daha da çətinləşdirməyə xidmət edir. Bəli, biz bunları nəzərə aiması üçün ABŞ dövlətinə nota verdik. ABŞ-a Ukraynaya silah verdiyi zaman vəziyyətin qəbuledilməzliyini vurğulayaraq bu tətbiqin dayandırılmasını tələb etdik",- deyə səfir qeyd edib.

Antonov qeyd edib ki, ABŞ-ın qərarları tərəflər arasında münaqışəni artırmağa və vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. “Məqsəd ABŞ senatorlarının açıq dediyi kimi, Rusiyanın ayaq üstə dayanmasının, dünyada Rusiyanın maraqlarına hörmət edilməsinin, Rusiyanın səsinin eşidilməsinin qarşısını almaqdır”, - diplomat bildirib.

Qeyd edək ki, fevralın 24- də prezident Vladimir Putin Rusiya Federasiyası qoşunlarının Ukrayna dövlətinə hücum etməsi barədə qərar verib. İşğal faktı ilə əlaqədar dünyanın əksər dövlətləri Rusiyaya sanksiya tətbiq etmək barədə bəyanat verib. Bunadn sonra ABŞ və NATO Ukraynanı silahla təmin etməyi üzərlərinə götürüb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »